Bu halda Rusiya ilə sərhədi bağlayacaqlar

Bu halda Rusiya ilə sərhədi bağlayacaqlar

Estoniya Daxili İşlər Nazirliyinin rəhbəri Lauri Lyanemets Rusiya ilə sərhədin hansı halda bağlana biləcəyini açıqlayıb.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir bu barədə Estoniya sakinlərinə əvvəlcədən xəbərdarlıq ediləcəyini vəd edib.

 

Siyasətçi hazırda Estoniya sərhəd-keçid məntəqələrinin adi qaydada işlədiyini, lakin hakimiyyətin Finlandiya kimi, lazım gələrsə, onları bağlamağa hazır olduğunu bildirib.

 

“Biz yüzlərlə miqrantın Finlandiya sərhədindən cənuba - məsələn, Narva və ya Luhamaa sərhəd məntəqələrinə göndəriləcəyinə hazır olmalıyıq”, - Lyanemets deyib.

 

Nazirin sözlərinə görə, bir neçə həftə əvvəl Rusiyanın guya “öz xüsusi xidmət orqanlarının səssiz razılığı və hətta dəstəyi ilə” miqrasiya axınını Estoniya sərhədinə yönəldə biləcəyinə dair işarələr var idi.

 

Estoniya DİN rəsmisi əlavə edib ki, yerli polis və sərhədçilər kiçik miqrant axınının öhdəsindən gəlib, lakin sərhədə yüzlərlə qeyri-qanuni qaçqın gəlsə, sərhəd-keçid məntəqəsinin işi xeyli pozulacaq.


OXŞAR XƏBƏRLƏR

Vüsalə bu rəqsi ilə ağılları başdan aldı - VİDEO

Teleaparıcı Vüsalə Əlizadənin görüntüsü sosial şəbəkələrdə gündəm olub.   Sfera.az xəbər verir ki, o, aparıcısı olduğu verilişində etd...

"Bu sərəncam Milli mətbuatımıza verilən önəmin bariz nümunəsidir" - Famil Fərhadoğlu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli mətbuatımızın 150 illik yubileyinin geniş şəkildə qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncama...

Müsəlman ölkəsində matəm elan edildi

İranda Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən partlayışla əlaqədar Hörmüzqan vilayətində 3 günlük matəm elan edilib.   Sfera.a...

İstanbul üçün dəhşətli zəlzələ XƏBƏRDARLIĞI

Məlum olduğu kimi, aprelin 23-də Mərmərə dənizinin Silivri sahillərində 6,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ və afterşoklar İstanbul və ətraf vilayətlərdə...

Məktəbdə ən yaxşı oxuyanlar bu 6 BÜRCDƏN olur

Çalışqan və müvəffəqiyyətli tələbələr adətən gördükləri işlərlə diqqət çəkirlər. Sürətli öyrənmə və anlama qabiliyyətinə sahib olan bu tələbələr, pratik zəka il...

FAKTİKİ HAVA: Güclü külək əsib, şimşək çaxıb

Milli Hidrometeorologiya Xidmətinin aprelin 27-si saat 10:00-a olan məlumatına əsasən bəzi rayonlarda yağıntılı və küləkli hava şəraiti davam edib, arabir şimşə...