Qızılca ilə bağlı VACİB AÇIQLAMA - Yetkin insanlar da…

Qızılca ilə bağlı VACİB AÇIQLAMA - Yetkin insanlar da…

Hazırda Azərbaycanda və digər ölkələrdə sürətlə yayılan qızılca xəstəliyi ilə əlaqədar az qala həyəcan təbili çalınmaqdadır.

 

Adətən, uşaqların yoluxduğu bu virus artıq böyüklər arasında da müşahidə edilməyə başlayıb. Elə bu səbəbdən, qızılca xəstəliyinə qarşı peyvəndləmə də aktuallaşıb və özü ilə bərabər bir çox sualların yaranmasına gətirib çıxarıb.

 

Sfera.az bildirir ki, qQızılca peyvəndi və onun vurulma qaydaları haqqında Oxu.Az-a danışan Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Vasif Əliyevin sözlərinə görə, bu peyvənd iki dozada nəzərdə tutulub:

 

“Qızılca ilə bağlı peyvəndin birinci dozası uşağın 12 aylığında, ikinci dozası isə altı yaşında vurulmalıdır. Bu, peyvənd protokoluna uyğun belədir.

 

Əgər böyük insanlar qızılca peyvəndini vurdurursa, ilk doza ilə ikinci dozanın arasında 28 gün fərq olmalıdır. Epidemioloji vəziyyət olduğu zaman xüsusi riskli şəxslərə bu peyvəndlərin vurulması daha da aktual sayılır.

 

Hazırda poliklinikalarda müvafiq peyvəndlər var və bununla əlaqədar müraciətlər çox olsa belə, problem yaşanacağını hesab etmirəm.

 

Amma özəl səhiyyə müəssisələrində də bu tibbi xidməti almaq istəyən olarsa, müraciət etdikdə, ödənişli şəkildə qızılca peyvəndi oluna bilərlər”.

 

Həkim-infeksionist vurğulayıb ki, hazırda qızılcaya qarşı vurulan peyvəndlərin 95-96 faiz qoruyuculuğu mövcuddur:

 

“İki doza peyvənd vurulan şəxslərdə virusa qarşı anticisimlərin yaranması 96 faizdir. Bu peyvəndləri vurdurmuş şəxslər artıq yoluxmuş sayılır. Bir dəfə qızılca keçirən şəxs ikinci dəfə bu virusa yoluxmur.

 

Mövcud durum epidemioloji vəziyyətdir. Qızılca virusu sürətlə yayılan xəstəlikdir. Ən yaxşı qorunma vasitəsi isə peyvənddir.

 

İnsanlar nə qədər xəstə insanla təmasdan qaçsalar belə, yoluxa bilərlər. Qızdırma olub, səpkilər müşahidə edilmədiyi dönəmdə belə qızılcaya yoluxma mümkündür.

 

Uşaq yaşlarında peyvənd olunub-olunmadığını bilməyən, xatırlamayan şəxslər bunu test vasitəsilə yoxlaya bilərlər. Qan analizində anticisimin miqdarına baxılır, əgər bu varsa, deməli həmin şəxs qızılcanı ya keçirib, ya da peyvənd olunub.

 

Bunu yoxlamaq imkanı olmayan şəxslər yenə də peyvənd oluna bilərlər. Artıq dozanın qəbulu əks göstəriş deyil. Qeyd etdiyimiz kimi, dozaların qəbulu arasındakı vaxt 28 gündən çox olmalıdır”.


OXŞAR XƏBƏRLƏR

Bakıda fəhlə hündürlükdən yıxılaraq öldü

Bakıda tikintidə bədbəxt hadisə olub.   Sfera.az xəbər verir ki, hadisə Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində baş verib.   Burada...

Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti noyabrın 22-də Bakıda və Abşeron yarımadasında, eyni zananda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdar...

Energetika naziri “İstanbul Enerji Forumu”nda iştirak edəcək

Energetika naziri Pərviz Şahbazov Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın dəvəti ilə Türkiyəyə səfər edib.   Bu barədə ...

Bu universitetdə təkrar ali təhsilə qəbul sayı 2,5 dəfə artdı

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2024/2025-ci tədris ili üzrə təkrar ali təhsilə qəbulun nəticələri açıqlanıb.   Sfera.az xəbər verir...

Ermənistan rəhbərliyinin COP29 iştirak etməməsi sülh prosesinə necə təsir edəcək? - AÇIQLAMA

“Ermənistan rəhbərliyinin COP29 tədbirində iştirak etməməsi sülh prosesinə mənfi təsir etməyəcək”.   Bunu Sfera.az-a açıqlamasında polito...

Baş nazir QƏRAR İMZALADI

Nazirlər Kabineti “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın təsdiq edilməsi haqqınd...