Fotosessiya edən turist 232 metrlik qüllədən yıxıldı

Dünya
22:35 / 04.12.2023
7343
56 yaşlı yapon turist Çində dünyanın ən hündür jumping platformalarından biri olan 232 metrlik Makao Qülləsindən yıxılıb.
Sfera.az bildirir ki, turist xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Qeyd olunur ki, belə ekstremal attraksionlar təşkil edən "Skypark by AJ Hackett" şirkəti tullanma üçün adambaşından təxminən 280 funt sterlinq (demək olar ki, 13 min UAH) alır.
Yeri gəlmişkən, Makao Tower platforması dünyada ikinci ən hündür platformadır. O, Çindəki Zhangjiajie Şüşə Körpüsündən sonra ikinci yerdədir. Fransa, Sinqapur və Avstraliyada da oxşar qüllələr var.
Aysel
Sfera.az