Azərbaycan və Özbəkistan arasında memorandum imzalandı

Azərbaycan və Özbəkistan arasında memorandum imzalandı

Azərbaycan və Özbəkistanın hakim partiyaları arasında memorandum imzalanacaq.

 

Sfera.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zəfər Sırakaya ilə birgə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, partiyalar arasında əlaqələrin genişləndirilməsi qarşıda duran əsas məsələlərdən biridir: "Bu əlaqələrin inkişaf etdirilməsi dövlətlər arasında əlaqələrin inkişafına da öz töhfəsini verir. Biz qısa zaman ərzində iş birliyinin yeni müstəviyə keçməsinə nail olacaq”.

 

T.Budaqov bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Yeni Azərbaycan Partiyası qarşıya yeni hədəflər qoyub və bunlardan biri də partiyanın xarici əlaqələrinin genişləndirilməsidir: “Yeni Azərbaycan Partiyası Ədalət və İnkişaf Partiyası ilə birgə memorandum imzalayıb və hər iki hakim partiyanın nümayəndələri qarşılıqlı səfərlər ediblər. Biz Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hakim partiyalarının əlaqələrinin daha da genişləndirilməsinə töhfə verməyə çalışırıq”.

 

YAP rəsmisi vurğulayıb ki, Azərbaycan və Özbəkistanın hakim partiyaları arasında yeni memorandum imzalanması gözlənilir: “Həmçinin Qazaxıstanın hakim partiyası ilə də əlaqələrimiz genişlənir. Eyni zamanda Avropada yaşayan türklərlə əlaqələrimizi genişləndirməyə çalışacağıq”.


OXŞAR XƏBƏRLƏR

Bu il universitetlərə qəbul balları qalxacaq? - Ekspert AÇIQLADI

DİM tərəfindən martın 3-ü və 10-da keçirilən buraxılış imtahanında iştirak edən orta məktəb şagirdlərinin 53 nəfəri onlara təqdim olunan bütün test tapşırığına ...

Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə etdi

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasının (COP28) Prezidenti Sultan Əl-Cabir Yaponiya parlamentində iqtisa...

Yan Borq Azərbaycana səfər edəcək

ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borq Azərbaycana səfər edəcək.   Bu barədə Sfera.az-a diplomatik mənbədən məlumat ve...

Prezident qambiyalı həmkarını COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qambiya Prezidenti Adama Barrounu (Adama Barrow) noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiy...

Enrike Mbappedən DANIŞDI: "Gəlin gözləyək, özü bu barədə..."

PSJ-nin baş məşqçisi Luis Enrike Kilian Mbappenin gələcəyindən danışıb.   Sfera.az bildirir ki, mütəxəssis özünə ünvanlanan suallardan yayınmağa çalı...

Qərb ölkələrinin səfirləri Gürcüstan Prezidenti ilə GÖRÜŞDÜ

Qərb ölkələrinin səfirləri Orbeliani sarayında Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb.   Sfera.az xəbər verir ki, məlumatı Gürcüstanın P...