Ərdoğan: “Daha ədalətli dünya üçün çalışmalıyıq”
![Ərdoğan: “Daha ədalətli dünya üçün çalışmalıyıq”](https://sfera.az/photo/orginal/2023/12/04/1701680354_8a26f082-204d-37ec-a6ff-a16e8246e09a_850.jpg)
12:57 / 04.12.2023
10751
“Daha ədalətli dünya üçün çalışmalıyıq”.
Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) iqtisadiyyat və ticarət nazirlərinin 39-cu iclasında çıxışı zamanı deyib.
O bildirib ki, bu, bəşəriyyətin həm də gələcək nəsillər üçün məsuliyyətidir.
R. T. Ərdoğan söyləyib ki, BMT bu gün vəzifələrini yerinə yetirə bilmir.