5 bəndlik həll planı müharibəni dayandıra bilərmi? - ŞƏRH

5 bəndlik həll planı müharibəni dayandıra bilərmi? - ŞƏRH

“Amerika Birləşmiş Ştatları Yaxın Şərqdə müharibəni dayandırmaq üçün diplomatik fəallığını artırsa da, nəticə yoxdur. ABŞ dövlət katibi Entoni Blinken İsraillə Həmas arasında müharibə başladıqdan bu yana Yaxın Şərqə 4 dəfə səfər edib”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

 

Ekspert bildirib ki, Vaşinqton İsrail əvvəlcə HƏMAS qruplaşmasına qarşı savaşı birmənalı şəkildə dəstəkləyirdi, ancaq bombardmanlar nəticəsində Qəzzada ölənlərin sayı artdıqca ABŞ administrasiyasının mövqeyini dəyişdi:

 

“Vaşinqton atəşkəsə və danışıqlara üstünlük verir. Entoni Blinken “The Washington Post” qəzetində yayımlanan məqaləsində mülki insanların qorunması zərurətini bildirib. Blinken Qəzzaya humanitar yardımların, tibbi ləvazimatların və yanacağın çatdırılmasının vacib olduğunu vurğulayıb.  Buna baxmayaraq, ABŞ-nin indiki administrasiyasının müharibənin ilk günündən yanlış qərar vediyini deyənlər də var. Keçmiş prezident Barak Obamanın milli təhlükəsizlik üzrə müşaviri olmuş Ben Rouds “The New York Times” qəzetində yayımlanan məqaləsində Vaşinqtonun beynəlxalq hüquq və normalarına müxtəlif yanaşmasını yazıb. Əslində bunun adı “ikili standartlar”dır. Bunu Azərbaycanla bağlı siyasətdə də görmək olar. Vaşinqton illər uzunu Azərbaycan ərazilərinin işğal altında qalmasına etiraz etmədi, amma torpaqlar azad olunan kimi Azərbaycanı “etnik təmizləmədə”də ittiham etməyə başladılar”.

 

Ekspert qeyd edib ki, beynəlxalq birlik Qəzzada ölümlərin artmasından narahatdır:

 

“NBC News” televiziya kanalı rəsmi mənbələrə istinad edərək Vaşinqtonun Yaxın Şərq siyasətinin yalnız İsrailə dəstək üzərində qurulmasının Amerikanın beynəlxalq ləmdə imicinə zərbə vurduğu xəbərini yayıb. Vaşinqton İsrailin özünümüdafiə haqqını hər zaman dəstəkləyir, ancaq eyni zamanda bu mübarizədə “qırmızı çizgilərin” aşılmasının əleyhinədir. Buna baxmayaraq, İsrailin baş naziri Benyamin Netahyahu Vaşinqtonun istəklərini yerinə yetirməkdə həvəsli deyil”.

 

E.Şahinoğlunun sözlərinə görə, Avropa İttifaqında da İsrailin siyasəti ilə bağlı narazılıq artıb:

 

“Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik komissarı Jozep Borrel “Financial Times” dərgisində yayımlanan məqaləsində müharibənin dayandırılmasının vacib olduğunu bildirib. Pekin də eyni mövqedədir.

 

Çin Xarici İşlər Nazirliyi Fələstin probleminin həlli ilə bağlı 5 maddədən ibarət plan təklif edib. Pekinin ilk şərti tərəflərin davamlı atəşkəs elan etmələridir. Planın ikinci maddəsi mülki insanların təhlükəsizliyinin təminat altına alınmasıdır. Üçüncü bənd bölgəyə humanitar yardımların çatdırılmasıdır. Planın dördüncü bəndi diplomatik vasitəçiliyin artırılmasıdır. Pekin məsələnin həllində BMT Təhlükəsizlik Şurasına əhəmiyyət verilməsini lazım bilir. Planın beşinci bəndi münaqişənin “iki xalqa iki dövlət” prinsipi üzrə həllini təmin etməkdir”.

 

Ekspert əlavə edib ki, Pekin bu məqsədlə beynəlxalq konfransın təşklinin vacib sayır:

 

“Pekin Yaxın Şərqdəki vəziyyətin normallaşmasında Vaşinqtondan geri qalmaq istəmir. Pekin bölgədə Fələstin dövlətinin yaradılmasını dəstəkləyir. Pekinin bölgədə iqtisadi maraqları var. Müharibə Çinin Yaxın Şərqdəki iqtisadi layihələrinə təhlükə yaradır. Ona görə də Pekin vasitəçilik fəallığını artırıb. Ancaq Pekinin təkliflərinin reallaşacağı problematikdir. Birincisi, İsrail və ABŞ münaqişənin həllində Fələstin dövlətinin yaradılmasını zəruri hesab etmirlər. İkincisi, Çinin vasitəçiliyinə Pekinin Moskva ilə yaxınlığı mane olur. Misal üçün Pekin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni dayandırması üçün fəallıq nümayiş etdirmir. Odur ki, Pekinin 5 maddəlik təkliflər planın reallaşacağı problematikdir”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...