“Dövlət qulluğuna qəbulla bağlı bütün  səlahiyyətlər DİM-ə verilməlidir” – Kamran Əsədov

“Dövlət qulluğuna qəbulla bağlı bütün  səlahiyyətlər DİM-ə verilməlidir” – Kamran Əsədov

Ölkəmizdə müəyyən maneələri aşmaqla dövlət qulluğunda müəyyən vəzifələrdə çalışmaq mümkündür. Bunun üçün dövlət qulluğunun qəbul imtahanın test, daha sonra müsahibə mərhələsini keçməlisən. Lakin iş bununla bitmir.

 

Namizədlərin qarşılaşdığı ən böyük problem vakant yerlərinin sayının azlığıdır. Dövlət orqanlarında işləmək istəyənlər çox, təklif edilən vəzifələrin sayı isə azdır. Nəticədə, xeyli namizəd dövlət qulluqçusu olmaq arzusunu reallaşdıra bilmir. Amma dövlət orqanlarında belə vəzifələrdə müddətli müqavilə ilə işləyən kifayət qədər kadr var.

 

Mövzu ilə bağlı Sfera.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, ölkədə təhsil almış şəxslərin yalnız 42 faizi öz ixtisası üzrə işləyir. Son 3 ildə dövlət qulluğuna müraciətlərin sayında azalma müşahidə olunur. Əsas səbəb isə ikinci mərhələyə, yəni müsahibə mərhələsinə edilən müdaxilələlərdir. Digər nüans isə təyinat məsələsidir. Test və müsahibə mərhələsindən keçənlərin 23 faizi işə qəbul olunur. Dövlət qulluğuna qəbul zamanı əsassız tələblər də olur”.

 

Ekspertin fikrincə, dövlət qulluğuna qəbulun daha da şəffaflaşdırılması üçün bütün səlahiyyətlər Dövlət İmtahan Mərkəzinə həvalə edilməlidir. Eyni zamanda beynəlxalq təcrübədən istifadə olunmalıdır.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Prezident qambiyalı həmkarını COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qambiya Prezidenti Adama Barrounu (Adama Barrow) noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiy...

Enrike Mbappedən DANIŞDI: "Gəlin gözləyək, özü bu barədə..."

PSJ-nin baş məşqçisi Luis Enrike Kilian Mbappenin gələcəyindən danışıb.   Sfera.az bildirir ki, mütəxəssis özünə ünvanlanan suallardan yayınmağa çalı...

Qərb ölkələrinin səfirləri Gürcüstan Prezidenti ilə GÖRÜŞDÜ

Qərb ölkələrinin səfirləri Orbeliani sarayında Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb.   Sfera.az xəbər verir ki, məlumatı Gürcüstanın P...

17 martda keçirilmiş imtahanın nəticələri nə vaxt elan olunacaq? - RƏSMİ AÇIQLAMA 

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) 17 mart 2024-cü il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.  ...

HAMAS lideri Türkiyəyə səfər edəcək

HAMAS siyasi bürosunun rəhbəri İsmail Haniyə bu həftə sonu Türkiyəyə gələcək.   Sfera.az xəbər verir , bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib...

"WhatsApp"da YENİ FUNKSİYA - Onlayn olan şəxslər...

Dünyanın ən məşhur ani mesajlaşma proqramı olan "WhatsApp", istifadəçilərə çox faydalı olacaq yeni funksiyalar təqdim etməyə davam edir.   ...