“Ermənistan ordusu yeni səngərlər qazır, müharibə başlaya bilər” - AÇIQLAMA

“Ermənistan ordusu yeni səngərlər qazır, müharibə başlaya bilər” - AÇIQLAMA

“Ermənistan ordusunun yeni səngərlər qazdığına dair xəbərlər yayılır”.

 

Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən 2 il keçməsinə baxmayaraq, Ermənistan hələ də bizim sülh niyyətimizə adekvat cavab verməyib:

 

“Bunun bir neçə səbəbi var. Əsas səbəblərdən biri budur ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hələ də siyasi iradə göstərə bilmir.  Qərb dövlətləri, o cümlədən ABŞ və Fransa Cənubi Qafqazdakı sülhdə, həmçinin Ermənistanla Azərbaycan arasında əlaqələrin normallaşmasında maraqlı deyil. Buna görə də Vaşinqton və Paris bütün imkanları ilə sülh müqaviləsinə mane olmağa çalışır. Son zamanlar Fransanın Ermənistanı silahlandırmasına dair məlumatlar yayılır. Əslində bu, heç də təəccüblü deyil. Çünki Qərb Ermənistanla münasibətdə faktiki olaraq “kökə və qamçı” siyasətini tətbiq edir. Paris və Vaşinqton bəzən şirnikləndirməklə, bəzən də təzyiqlərlə İrəvanı sülh müqaviləsindən yayındırır”.

 

Müsahibimiz bildirib ki,  qeyd edilən məqamlara görə diqqətli olmaqda fayda var:

 

“Yeni döyüşlər başlaya bilər. Bu, üçüncü güclərin təhriki ilə Ermənistanın qurban seçilməsinin nəticəsi olacaq. Rəsmi İrəvan ən qısa vaxtda siyasi iradə göstərib, Azərbaycanla danışıqlar masasına oturmasa, “yanacaq””.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...