Elçin Ağacanov məhkəmə zalından azadlığa buraxıldı

Elçin Ağacanov məhkəmə zalından azadlığa buraxıldı

Dələduzluğa görə həbs edilən iş adamı Elçin Ağacanovun məhkəməsi başa çatıb.

 

Sfera.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə E.Ağacanov Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq-xeyli miqdarda zərər vurmaqla) maddəsi ilə təqsirli bilinib.

 

Araşdırmalar zamanı məlum olub ki, “Geocom” şirkətinin təsisçisi olan E.Ağacanov Bakıda tanınmış onkoloqlardan olan A.Quliyevanın (şərti soyadlı) etibarından istifadə edərək onun tanışını Dövlət Vergi Xidmətindəki vəzifəsinə bərpa edəcəyinə vəd verib. Bunun qarşılığında Elçin Ağacanov xanım həkimdən 26 600 manat alıb. Lakin o, vədinə əməl etməyərək pulları ələ keçirib. Pulunu ala bilməyən A.Quliyeva hüquq-mühafizə orqanlarına müraciət edib və Elçin Ağacanov həbs edilib.

 

Barəsində cinayət işinin açılmasından və həbs edilməsindən sonra E.Ağacanov aldığı pulları geri qaytarıb.

 

Nərimanov Rayon Məhkəməsinin 1 dekabr tarixli hökmü ilə o, 6000 manat cərimə edilib və məhkəmə zalından azadlığa buraxılıb.

 

Qeyd edək ki, Elçin Ağacanov 2011-ci ildə MTN-in keçirdiyi əməliyyat zamanı da dələduzluq ittihamı ilə saxlanılmışdı.(Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Elçin Əmirbəyov Sloveniyaya işgüzar SƏFƏR ETDİ

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Sloveniyaya işgüzar səfəri baş tutub.   Sfera.az xəbər ve...

Ermənistan Ordusunun hərbçiləri yol qəzasına DÜŞDÜ - ÖLƏNLƏR VAR - YENİLƏNDİ

Ermənistanda hərbçilərin düşdüyü qəzada ölən və yaralananların sayı açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin M...

Ağdamda minaya düşərək xəsarət alan şəxsin vəziyyəti ağırdır

İşğaldan azad edilən Ağdam rayonunun Əliağalı kəndi ərazisində minaya düşərək xəsarət alan Bağırov Mirfəttah Bağır oğlunun vəziyyəti ağırdır.   Sfera...

Biləsuvarda motosikleti idarə edən yeniyetmə qəza TÖRƏTDİ

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az-ın apa-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Xırmandalı kəndinin ərazisində ...

Bələdiyyələr pulu daha çox nəyə xərcləyir? – STATİSTİKA

Azərbaycanda fəaliyyət göstərən 1 606 bələdiyyə (yerli özünüidarəetmə orqanı) ötən il 52 870 min manat xərcləyib.    Sfera.az Dövlət Statistika ...

Çin defilyasiyaya gedir – idxal malları UCUZLAŞA BİLƏR

Çinin Milli Statistika Bürosu (UIB) 2024-cü ilin mart ayında qiymət artımları ilə bağlı məlumatı açıqlayıb.    Sfera.az UIB-in məlumatlarına ist...