Bakıda kirayə mənzil tapmaq niyə çətinləşir? - VİDEO

Bakıda kirayə mənzil tapmaq niyə çətinləşir? - VİDEO

Bakıda münasib qiymətə kirayə mənzil tapmaq günü-gündən qəlizləşir.

 

Sfera.az-ın məlumatına görə, qiymətlər son iki ildə nəzərəçarpacaq dərəcədə artıb.

 

Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, kirayə mənzil bazarında sonuncu dəfə 2020-ci ildə, yəni pandemiya dövründə ucuzlaşma olub:

 

"Sonrakı illərdə kirayə mənzil bazarında ciddi qiymət artımı baş verib. Əsas səbəb paytaxtda köhnə binaların sökülməsi və sakinlərin yeni evləri təhvil verilənə qədər kirayələrə köçürülməsidir. İndi köhnə binalardan mənzil tapmaq çox çətindir. Qiymət artımı da davam edir".

 

Yeni tikililər də isə say baxımından fərqli vəziyyət hökm sürür. Çoxmərtəbəli binalarda daha çox kirayə mənzillər təklif edilir. Amma burada da qiymətlər əvvəlki illərlə müqayisədə dəfələrlə yüksəkdir.  

 

Paytaxtın Yasamal, Nərimanov və Nəsimi rayonları ərazisində yerləşən kirayə mənzillərə daha çox tələbat var. Bu da ali təhsil müəssisələrinin və rəsmi iş yerlərinin əksəriyyətinin həmin ərazilərdə yerləşməsi ilə bağlıdır.

 

Ətraflı süjetdə:

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Gənclər Fondu Parlamentdə hesabat verəcək

Azərbaycan Gənclər Fondunun 2024-cü ildə fəaliyyəti haqqında hesabat Milli Məclisə daxil olub.   Sfera.az bildirir ki, “Report”un əl...

NATO-nun Ukrayna siyasəti: 191,2 milyard dollar dəstək

Son üç ildə NATO ölkələri Ukraynanı 191,2 milyard dollar məbləğində maliyyələşdirib.   Sfera.az bildirir ki, bu barədə “RİA Novosti” məlu...

Hakan Fidan İraqa səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 26-da İraqa səfər edəcək.   Sfera.az xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yay...

BMT-nin baş katibi: Husilər tərəfindən saxlanılan yeddi BMT əməkdaşı dərhal azad edilməlidir

Yəmənin üsyançı “Ənsar Allah” hərəkatının husi üsyançıları tərəfindən qanunsuz şəkildə saxlanılan yeddi BMT əməkdaşı dərhal azad edilməlidir. &nb...

Konyada çökən binada axtarış-xilasetmə tədbirləri bitib - Daha 1 meyit tapılıb

Konyada 4 mərtəbəli binanın çökməsi səbəbilə başladılan axtarış-xilasetmə tədbirləri bitib.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, d...

Milyonlarla Gürcüstan vətəndaşının şəxsi məlumatları internetə sızdırılıb

Milyonlarla Gürcüstan vətəndaşının şəxsi məlumatları internetə sızdırılıb.   Sfera.az xəbər verir ki, bu barədə "Cybernews" nəşri məlumat y...