Qızılcadan ölən 2 yaşlı uşağın peyvənd olunmadığı məlum OLDU

Qızılcadan ölən 2 yaşlı uşağın peyvənd olunmadığı məlum OLDU

2021-ci il təvəllüdlü azyaşlı Qaradağ rayonunun Qobustan qəsəbəsindən təcili yardım ambulansı vasitəsilə təxliyə olunub.

 

Sfera.az apa-ya istinadən xəbər verir ki, TƏBİB-dən bildirilib ki, azyaşlı 30.11.2023-cü il tarixində saat 21:32 radələrində 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına qəbul olunub. Daxil olarkən xəstənin ümumi vəziyyəti ağır, dəri və selikli qişalar sianozlu (göyümtül rəngdə) olub. Ağciyərlər üzərində zəifləmiş sərt tənəffüs fonunda tək-tək yaş xırıltılar duyulub.Xəstə süni tənəffüs aparatına qoşulub.

 

Aparılan bütün intensiv terapiya və reanimasiyon tədbirlərə baxmayaraq, xəstənin ürək tənəffüs fəaliyyəti bərpa olunmayıb və 02.12.2023-cü il tarixində saat 17:00-da bioloji ölüm baş verib.

 

Xəstənin anamnestik və reyestr məlumatlarına əsasən, qızılcaya görə peyvənd olunmadığı məlum olub.


OXŞAR XƏBƏRLƏR

Türkiyədə zəlzələ oldu

Türkiyənin Kütahya şəhərində 4,3 maqnitudalı zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunmas...

“Titanik” kapitanının ölümündən qısa müddət əvvəl etdikləri

Titanik gəmisinin batmasından 113 il ötür və gəminin aysberqə çarpdıqdan sonra batmağa başladığı zaman gəminin kapitanı Edvard Con Smitin intihar etdiyi barədə ...

Buraxılışda250 və daha çox bal toplayanlarınNƏZƏRİNƏ!

Yalnız Milli Müdafiə Universiteti tərəfindən təqdim olunan beynəlxalq təhsil əməkdaşlığı çərçivəsində, xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına uni...

Bakı-Qazax yolunda maşın aşdı: yüklər yola səpələndi

Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində yük maşını aşıb, yüklər yola dağılıb. Hadisə Bakı-Qazax magistralının rayonun Qarabucaq kəndi ərazisində...

Buna görə Çinlə əməkdaşlığı genişləndiririk - Əliyev

Biz “Kəmər və yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı genişləndiririk. Bu istiqamətdə artıq mühüm uğurlar qazanılıb.   Sfera.az&nbs...

Sabah bu ərazilərdə İŞIQ OLMAYACAQ

Lənkəran və Masallı Elektrik Şəbəkələrində (EŞ) 10 kV-luq hava xətlərində təmir işlərinin aparılması ilə əlaqədar aprelin 22-də bir sıra ərazilərdə elektrik xət...