Metrodan istifadə edənlər üçün ŞAD XƏBƏR - BUNDAN SONRA...

Metrodan istifadə edənlər üçün ŞAD XƏBƏR - BUNDAN SONRA...

Bundan sonra metroda "Bakıkart"la yanaşı, QR biletlərdən də istifadə etmək mümkün olacaq.

 

Sfera.az Referans.az-a istinadən xəbər verir ki, Bakı metropoliteni QR ödəniş üsulunun tətbiqinə başlayıb.

 

QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyir ki, ilin sonuna kimi tətbiq metronun 90% stansiyasında istifadədə olacaq. Sərnişin "Bakıkart" mobil tətbiqində QR bileti yaratmalı və turniketə yaxınlaşdırmalıdır. Bu üsulla da gedişhaqqı 40 qəpikdir.

 

Bəxtiyar Məmmədovun sözlərinə görə, hazırda bu sistem 2 stansiyada fəaliyyət göstərir. Bunlar "Xocasən" və " 8 Noyabr"dır. Digər stansiyalarda isə bəzi turniketlərdə lazımi avadanlıqlar quraşdırılıb və texniki məsələlər tamamlanmaq üzrədir.

 

QR bilet yalnız bir gediş üçün etibarlı olacaq. Sərnişinlər qarşılaşdıqları çətinliklərlə bağlı *4343 və ya 141 çağrı mərkəzlərinə müraciət edə bilərlər.

 

 Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 


OXŞAR XƏBƏRLƏR