Bu məhsullar bahalaşa bilər - VİDEO

Bu məhsullar bahalaşa bilər - VİDEO

Siqaret və spirtli içkilərə tətbiq edilən aksiz vergisi artırılacaq.

 

Sfera.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə növbəti dəfə ediləcək dəyişiklikdə nəzərdə tutulur.

 

Həmçinin işçilərinin orta aylıq sayı üçdən az olan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olan mikrosahibkarlar gəlirlərinin beş faizi yox, 20 faizi qədər vergi ödəyəcəklər.

 

Bəs Vergi Məcəlləsinə ediləcək bu və ya digər dəyişikliklər qiymət artımına səbəb ola bilərmi?

 

İqtisadçı Əyyub Kərimli bildirib ki, sözügedən dəyişiklik siqaret və içkilərdə qiymət artımına müəyyən təsirləri olacaq:

 

"Lakin digər ərzaq məhsullarının istehlak səbətinin qiymətinin artmasına elə bir əhəmiyyətli təsiri olmayacaq. Çünki spirtli içkilər və tütün məhsulları istehlak səbətinə daxil deyil”.

 

Əyyub Kərimli hesab edir ki, vergi dərəcəsinin artırılması mikrosahibkarları qeydiyyatsız işçilərlə əmək müqaviləsi bağlamağa sövq edəcək. Əks halda sahibkarlar daha çox vergi ödəməli olacaqlar. İqtisadçı Rəşad Həsənov isə belə düşünmür:

 

"Aksiz vergilərinin artması tütün məhsullarının və spirtli içkilərin qiymətinin artması ilə nəticələnəcək. Bu, özünü 0,5 litrlik spirtli içkilərdə 40 qəpik, bir litrliklərdə isə 80 qəpik ətrafında özünü göstərəcək.

 

Tütün məhsullarında isə bir paket üçün 10-15 qəpik əlavə xərc yaradacaq. Eyni zamanda sahibkarların vergi yükünün 4 dəfə artmasına səbəb olacaq”.

 

Ekspertin sözlərinə görə, bu da dolayı yolla qiymətlərin artmasına səbəb ola bilər. Amma bununla yanaşı, Məcəlləyə ediləcək dəyişikliklər arasında sahibkarların vergi yükünün azaldılmasına imkan verən müddəalar olduğu da bildirilir. Bunlardan biri regionlarda yerləşdirmə fəaliyyəti göstərən müəssisələrin əmlak vergisinin 75 faiz azaldılmasıdır.

 

Ətraflı Baku TV-nin süjetində:


OXŞAR XƏBƏRLƏR

İmtahanların vaxı dəyişdi - DİM məlumat yaydı

İmtahan iştirakçılarının nəzərinə çatdırmaq istəyirik ki, Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 4-də və daha sonrakı tarixlərdə, eləcə də, iyun, iyul, avqust ...

İlham Əliyev yük maşınının sükanı arxasında – FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodu...

Qırmızı Ürəklər Fondu 2025-ci ilin ilk rübü üzrə hesabat açıqlayıb

2019-cu ildən etibarən ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına dəstək olan Qırmızı Ürəklər Fondu 2025-ci ilin ilk rübü üzrə hesabatlarını təqdim edib....

ABŞ və İran rəsmiləri bu tarixdə görüşəcək

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə dördüncü raund nüvə danışıqlarının 3 mayda Romada keçiriləcəyini bildirib.    Sfera.az “NT...

Kamran Əliyevin səlahiyyət müddəti sabah bitir

Azərbaycanın Baş prokuroru Kamran Əliyevin səlahiyyət müddəti başa çatır.   Sfera.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə...

Hindistan hökuməti Pakistanın müdafiə nazirinin hesabını blokladı

Hindistan hökuməti Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asifin X sosial media platformasındakı hesabını bloklayıb.   Sfera.az “Anadolu Ajans...