Sabiq bank sədri məhkəmə zalında HƏBS OLUNDU

Sabiq bank sədri məhkəmə zalında HƏBS OLUNDU

Ləğv olunmuş “AtraBank”ın İdarə Heyətinin sabiq sədri Elmixan Nəbiyev dövlət ittihamçısının protesti əsasında məhkəmə zalında həbs olunub.

 

Sfera.az xəbər verir ki, hökm Bakı Apellyasiya Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən iclasda elan olunub.

 

E.Nəbiyev bankın İdarə Heyətinin sədri vəzifəsində işləyərkən özgə malını mənimsəmədə ittiham edilərək, 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

 

O Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 178.2.3, (qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dələduzluq), 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dələduzluq), 179.3.2-ci (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə) maddələri üzrə təqsirli bilinib.

 

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 iyul 2018-ci il hökmü əsasında E.Nəbiyevə 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddə ilə şərti cəza verilib. O zaman E.Nəbiyev məhkəmə zalından azadlığa buraxılmışdı.

 

E.Nəbiyevin ümumilikdə 8 milyon 405 min manat məbləğində qanunsuz kreditlər rəsmiləşdirərək Mərkəzi Bankın tələb etdiyi formal məcmu nizamnamə kapitalına malik olması görüntüsü yaratmasında, eyni zamanda ayrı-ayrı fiziki şəxslərin adlarına ümumilikdə 809 min manat kredit rəsmiləşdirib mənimsəməklə talamasında ittiham edilirdi.

 

Hökmdən narazı qalan dövlət ittihamçısı Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə öz növbəsində kassasiya şikayətini qəbul edərək Bakı Apellyasiya Məhkəməsinə göndərib.

 

“AtraBank” Ali Məhkəmənin 11 avqust 2016-cı il tarixli qərarı ilə ləğv olunub. (Report)


OXŞAR XƏBƏRLƏR

Qusarda hərbi hissədə nöqsanlar aşkar edilib

Ombudsman Aparatının əməkdaşları Müdafiə Nazirliyinin Qusar rayonunda yerləşən İntizam xarakterli hərbi hissəsinə başçəkmə keçirib.   Bu barədə Sfera...

İşğal dövründə Rusiya Ermənistan üçün bunları daşıyırmış - VİDEO

Ermənistan Silahlı Qüvvələri üçün xüsusi olaraq Rusiya Federasiyası ərazisində hazırlanan müxtəlif hərbi təyinatlı məhsulların Ermənistan Xarici İşlər Nazirliyi...

Hikmət Mirzəyev Türkiyədə Müştərək Xüsusi Tapşırıq Qüvvələri Komandanlığı və sərhəd postuna baxış keçirib

Türkiyədə rəsmi səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini – Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyev və onun rəhbərlik etdiyi he...

"Qarabağ" UEFA reytinqində geriləyib

Klubların yeni UEFA reytinqi açıqlanıb.   Sfera.az xəbər verir ki, Çempionlar Liqası və Avropa Liqasında VII turun bu həftə keçirilən oyunları bəzi d...

Pərvin Kərimzadə: Davos Forumu çərçivəsində Azərbaycanın qlobal əməkdaşlıq imkanları diqqət mərkəzində olub

Azərbaycan bir sıra önəmli beynəlxalq platformalarda fəal iştirak edir. Belə platformalardan biri də ənənəvi olaraq hər il İsveçrənin Davos şəhərində keçirilən ...

Azərbaycan bu şəhərlə birbaşa aviareysi bərpa edə bilər - AÇIQLAMA

Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov bu il Sofiya-Bakı arasında birbaşa aviareysin bərpasına ümid edir.   Sfera.az  xəbər verir k...