Sabiq bank sədri məhkəmə zalında HƏBS OLUNDU

Sabiq bank sədri məhkəmə zalında HƏBS OLUNDU

Ləğv olunmuş “AtraBank”ın İdarə Heyətinin sabiq sədri Elmixan Nəbiyev dövlət ittihamçısının protesti əsasında məhkəmə zalında həbs olunub.

 

Sfera.az xəbər verir ki, hökm Bakı Apellyasiya Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən iclasda elan olunub.

 

E.Nəbiyev bankın İdarə Heyətinin sədri vəzifəsində işləyərkən özgə malını mənimsəmədə ittiham edilərək, 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

 

O Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 178.2.3, (qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dələduzluq), 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dələduzluq), 179.3.2-ci (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə) maddələri üzrə təqsirli bilinib.

 

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 iyul 2018-ci il hökmü əsasında E.Nəbiyevə 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddə ilə şərti cəza verilib. O zaman E.Nəbiyev məhkəmə zalından azadlığa buraxılmışdı.

 

E.Nəbiyevin ümumilikdə 8 milyon 405 min manat məbləğində qanunsuz kreditlər rəsmiləşdirərək Mərkəzi Bankın tələb etdiyi formal məcmu nizamnamə kapitalına malik olması görüntüsü yaratmasında, eyni zamanda ayrı-ayrı fiziki şəxslərin adlarına ümumilikdə 809 min manat kredit rəsmiləşdirib mənimsəməklə talamasında ittiham edilirdi.

 

Hökmdən narazı qalan dövlət ittihamçısı Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə öz növbəsində kassasiya şikayətini qəbul edərək Bakı Apellyasiya Məhkəməsinə göndərib.

 

“AtraBank” Ali Məhkəmənin 11 avqust 2016-cı il tarixli qərarı ilə ləğv olunub. (Report)


OXŞAR XƏBƏRLƏR

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...

“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırladı

ABŞ-nin transmilli şirkəti, məşhur “Google” axtarış sistemi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bayrağımızın rənglərində dudl haz...

Cinayət törətmək üçün məşhur aktyora bənzəməsindən istifadə etdi

İtaliyanın Roma şəhərində 60 yaşlı zibil yığan Ubaldo Manuali ağırlaşdırılmış cinsi təcavüz və seksual xarakterli şəkillərin qanunsuz yayılması ittihamı ilə 9 i...

Lənkəranda gənc oğlan öldürüldü, saxlanılan var

Oktyabrın 17-si saat 22 radələrində Lənkəran şəhəri ərazisində 2000-ci il təvəllüdlü Elnur Cəfərova kəsici alətlə xəsarətlər yetirilməsi və nəticədə yerləşdiril...

Depressiya bu xəstəliyə gətirib çıxarır - XƏBƏRDARLIQ

Elmi araşdırmalar depressiyadan əziyyət çəkən insanların 2-ci tip diabet inkişaf riskinə daha çox həssas olduğunu müəyyən edib.   Sfera.az xəbər verir ...