Azərbaycanın axtarışa verdiyi şəxs Gürcüstanda saxlanıldı

Azərbaycanın axtarışa verdiyi şəxs Gürcüstanda saxlanıldı

Beynəlxalq axtarışda olan Elxan Əhliyyət oğlu İbadov Azərbaycana ekstradisiya olunub.

 

Sfera.az xəbər verir ki, Baş Prokurorluğun vəsatəti əsasında Gürcüstanın Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Elxan Əhliyyət oğlu İbadovun ekstradisiyası haqqında qərar qəbul olunub.

 

Belə ki, Bakı şəhəri Nizami RPİ-də ibtidai istintaq edilən cinayət işi üzrə Elxan İbadovun xeyli ziyan vurmaqla dələduzluq cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarışa verilib.

 

E.İbadov Gürcüstanın ərazisində saxlanılaraq dekabr ayının 1-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.


OXŞAR XƏBƏRLƏR

Bakı metrosunda pik saatlarda eskalator niyə işə salınmır? - RƏSMİ AÇIQLAMA

Bakı metrosunun stansiyalarındakı eskalatorların bəziləri işə salınmır, bu da günün pik saatlarında sıxlığa səbəb olur.   Sfera.az- ın verdiyi xəbərə...

Belə məğlub olmağa layiq deyildik - Qurbanov

Bu gün 0:3 hesabı ilə uduzmağa layiq deyildik.   Sfera.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İngiltərə təmsilçis...

XİN-dən 27 sentyabrla bağlı paylaşım

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) X hesabında Vətən müharibəsinin başlanmasının 4-cü ildönümü ilə bağlı paylaşım edib.   Sfera....

Ölkənin baş iqtisadçısı sosial şəbəkədə Si Cin Pini tənqid etdikdən sonra yoxa çıxıb

Çində hökumətin beyin mərkəzinin aparıcı çinli iqtisadçısı yoxa çıxıb. Sfera.az bildirir ki, hökumətin analitik mərkəzinin eksperti Zhu Hengpeng “WeC...

Ədviyyatları seçərkən bunlara diqqət edin - Mixək, zəfəran...

Mağazalarda satılan ədviyyatları seçərkən bir qədər ehtiyatlı olmaq lazımdır. Bütün ədviyyatlar insan üçün tamamilə zərərsiz və ya faydalı ola bilməz.  ...

Daşkəsəndə səfərbərlik şöbəsinin rəisi həbs edildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Daşkəsən rayon şöbəsinin rəisi, mayor Anar Əsgərov Azərbaycan Respublikası Hərbi Prokurorlu...