Nəfəsin maşınından pul oğurlayana bu cəza verildi

Nəfəsin maşınından pul oğurlayana bu cəza verildi

Ötən il dekabrın 30-da gecə saat 02 radələrində Nəsimi rayonu ərazisində müğənni Nəfəsə (Günel Məmmədli) məxsus “Range Rover” markalı avtomobildən 6 min manat oğurlayan şəxsin məhkəməsi başa çatıb.

 

Sfera.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə Ağdaş rayon sakini, 1984-cü il təvəllüdlü T.Ağayev Cinayət Məcəlləsinin 177.2.4-cü (Oğurluq) maddəsi ilə təqsirli bilinib.

 

Məhkəmədə bildirilib ki, T.Ağayev yol kənarında dayanıb salfet satmaqla məşğul olurmuş. O, gecə saatlarında müğənninin “Range Rover” markalı avtomobillə Nəsimi rayonu ərazisində dayanaraq səsyazma studiyasına daxil olmasını görüb. Bundan sonra T.Ağayev avtomobilin açıq qalan qapısından daxil olmaqla maşındakı pulqabıdan 6 min manat götürərək qaçıb.

 

Nəsimi RPİ 21-ci Polis Bölməsin keçirdiyi tədbirlərlə saxlanılan şəxs pulları müğənniyə geri qaytarıb.

 

Məhkəmənin hökmü ilə T.Ağayevə 2 il 3 ay həbs cəzası verilib.


OXŞAR XƏBƏRLƏR

Bakıda bank kartı və pul talamaqda şübhəli bilinən qadın saxlanıldı

Paytaxtın Xətai rayonunda yerləşən evlərin birindən 7 400 manat dəyərində qızıl-zinət əşyası, 70 manat və 900 dollar oğurlanıb.   Bu barədə Sfer...

Bakıda 5 müntəzəm marşrut xəttinə yeni avtobuslar cəlb edilir

Bakıda 5 sayda müntəzəm marşrut üzrə xətlərə müasir və komfortlu avtobuslar cəlb edilir.   Sfera.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanı...

Bu da məşhur restoranın mətbəxti... - Kütləvi zəhərlənmə buna görə olub

“Venesiya” şadlıq sarayında baş verən hadisənin səbəbi məlum olub   “Venesiya” şadlıq sarayında (Bakı şəhəri, Xətai rayonu, G...

Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üzrə Yol Xəritəsi qəbul edildi

Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclası keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İ...

Bakı-Sumqayıt yolunda ZƏNCİRVARİ QƏZA – VİDEO

  Bakı-Sumqayıt avtomagistralında bir neçə avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, bu barəd...

ADNSU-da 30 aprel terror qurbanları anılıb - FOTOLAR

Aprelin 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2009-cu il 30 aprel tarixində törədilmiş terror aktının qurbanlarının xatirəsinə həsr olu...