“Sürücülərdən parklanmaya görə pul tələbi qanunsuzdur” - RƏSMİ

“Sürücülərdən parklanmaya görə pul tələbi qanunsuzdur” - RƏSMİ

Məlum olduğu kimi, avqustun 7-dən nəqliyyat vasitələrinin parklanmasına görə ödənişlərin yığımı yalnız nağdsız qaydada, mobil tətbiq və SMS-lər vasitəsilə həyata keçirilir. Yeni qanuna əsasən parklanma yerlərində “parkovşik”lərin dayanması qadağandır.

 

Lakin keçən yazımızda əməkdaşımız “Qış parkı”, “İnşaatçılar” və “Nizami” metrostansiyalarının yaxınlığında, eləcə də şəhərin mərkəzi küçələrdə qanunsuz parkanlama edildiyini lentə almışdı.

 

Məsələ ilə bağlı Sfera.az-ın sorğusuna cavab olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Pərvanə Əliyeva bildirib ki, parklanmaya görə sürücülərdən pul tələbi qanunsuzdur:

 

“Parklanma yerinin idarə edilməsi ilə bağlı qəbul edilən qaydalar həm tariflərin özünü, həm də şəhərin tarif zonalarını müəyyən edir. Parklanmaya olan tələbatdan asılı olaraq Bakı şəhərin müəyyən hissələri 4 ödənişli zonaya bölünüb.

 

Ödənişli küçə parklanma yerlərinin təşkili mərhələli qaydada həyata keçirilir. Mərkəz zonaya daxil olan ərazilərdə işlər artıq yekunlaşıb. Digər zonalar üzrə isə müvafiq infrastruktur işləri aparılır. Parklanma yerlərində yol nişanları və məlumat lövhələri quraşdırılır, nişanlanma xətləri çəkilir.

 

Hazırda Abbas Mirzə Şərifzadə küçəsində və infrastruktur təşkil edilməyən digər ərazilərdə parklanmaya görə sürücülərdən pul tələbi qanunsuzdur. Sürücülərə qanunsuz ödənişlər etməməyi tövsiyə edirik.

 

Parklanma yerlərinin yeni qaydalar əsasında idarə edilməsi bu sahədə nizam-intizamın yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına xidmət edir.

 

Qeyd edək ki, parklanmanın düzgün idarəedilməsi şəhər yollarında xaosun qarşısını alır və küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına, həmçinin bütün növ nəqliyyat vasitəsi sahiblərinə şəhərin ərazisindən effektiv istifadə etməyə imkan yaradır. Eləcə də nəqliyyat axınının tənzimlənməsinə, şəhərin nəqliyyat infrastrukturuna, piyadaların və sürücülərin təhlükəsizliyinə, şəhərin əlçatanlığının və ümumilikdə dayanıqlı şəhər mobilliyinin inkişafına təkan verir”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Ədliyyə Nazirliyinin polkovniki iş başında infarkt keçirdi

Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Mühafizə Alayının komandiri polkovnik Rauf Əsədov iş başında infarkt keçirib.   Sfera.az-ın məlumatına gör...

Uçuş qaydalarına məhəl qoymayaraq 2 saat gecikməyə səbəb oldu: Təyyarədən endirildi

Böyük Britaniyadan İspaniyaya yola düşməyə hazırlaşan “Ryanair” təyyarəsində gözlənilməz böhran yaşanıb. Sərnişin qaydalara əməl etmədiyi üçün reys ...

Türkiyəli müğənni vəfat etdi - FOTO

Türkiyəli müğənni Səlcuq Alagöz vəfat edib.   Sfera.az xəbər verir ki, bir müddətdir səhhətində problemlər yaşayan ifaçı bu gün 81 yaşında ...

“Qarabağ” səfərdə QƏLƏBƏ QAZANDI

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti sınağına çıxacaq.   Sfera.az xəbər verir ki, Ağdam təmsilçisi turnirin 3-cü təsnifat m...

Üzünü 2 min dollara satan qız süni intellektin tələsinə düşdü

Böyük Britaniyanın 23 yaşlı sakini süni intellektə malik bir startap üçün model olmağa razılaşaraq müqavilə bağlayıb. O, bununla artıq üzünün istifadəsinə nəzar...

Netanyahu 3 saatlıq iclas keçirdi: Qəzzanın işğalı...

İsrailin Baş Qərargah rəisi Eyal Zamir Qəzzaya hücumların davam etdirilməsi planlarını Baş nazir Benyamin Netanyahuya təqdim edib.   Sfera.az xəbər v...