Qızıl pul buraxılacaq

Qızıl pul buraxılacaq

"Latviya Bankı" satışa 5 avro nominalında qızıldan yeni kolleksiya sikkəsi buraxacaq. Sikkə Latviyanın 100 illiyinə həsr olunub.

Sfera.az "banks.eu" saytına istinadla xəbər verir ki, sikkənin dizaynı İnqun Elerə, gips modeli Solvita Rulliyə məxsusdur. Avstriyanın "Münze Österreich Aktiengesellschaft" sikkəxanasında zərb olunan sikkənin tirajı 7 min nüsxədir. Sikkənin dəyəri Latviya Bankının ofislərində 170 avro təşkil edəcək.

"Latviya Bankı", həmçinin nal formasında yeni sikkə buraxmağı da planlaşdırır.


OXŞAR XƏBƏRLƏR