“Atəşkəsdən sonra hücumlar davam edəcək” – Herzi Halevi

Dünya
16:08 / 23.11.2023
6186
İsrail Baş Qərargah rəisi Herzi Halevi Qəzzanın şimalında İsrail komandirləri ilə görüşüb.
Sfera.az-ın məlumatına görə, Herzi Halevi Qəzza zolağına hücumların humanitar atəşkəsdən sonra davam edəcəyini açıqlayıb.
“Müharibəyə son qoymuruq. Biz “qələbə” əldə edənə qədər HƏMAS-a hücum etməyə davam edəcəyik”.
Xatırladaq ki, hələlik rəsmi açıqlama verilməsə də, humanitar atəşkəsin sabahdan başlayacağı gözlənilir.
Ülkər Abdurahmanlı