“İsrail atəşkəsə əməl etməsə...” – İran HƏDƏLƏDİ

Dünya
14:56 / 23.11.2023
6375
İran İsrailin HƏMAS-la bağladığı atəşkəsi pozacağı təqdirdə müharibənin bütün bölgəyə yayılacağını bildirib.
Sfera.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian deyib.
O, deyib ki, İsrail HƏMAS-la razılaşdığı humanitar atəşkəsə əməl etməlidir.
Nazir son olaraq əlavə edib ki, ölkəsi müharibənin genişləndirilməsinin tərəfdarı deyil.
Ülkər Abdurahmanlı