Vaxtı keçmiş kreditlər ilk dəfə 2 faizdən aşağı düşüb

İqtisadiyyat
13:40 / 23.11.2023
6788
Azərbaycanda vaxtı keçmiş kreditlərin cəmi kreditlərdə payı ilk dəfə olaraq 2 faizdən aşağı düşüb.
Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin noyabrın 1-də vaxtında qaytarılmayan kreditlərin məbləği 440,4 milyon manata, kreditlərdə payı isə 1,9 faizə enib.
Müqayisə üçün bildirək ki, 2021-ci ilin sonunda kreditlərin 4,2 faizi, yəni 719,4 milyon manatı, 2022-ci ilin sonunda isə kreditlərin 2,9 faizi, yəni 583,8 milyon manatı vaxtında qaytarılmamışdı.
Vaxtı keçmiş kreditlərin çox hissəsi biznes kreditlərində, ən az hissəsi isə ipoteka kreditlərində müşahidə edilir.
Vasif