Müharibənin yaratdığı iqtisadi yük – Hər il müharibə iştirakçılarına nə qədər təqaüd verilir?

Müharibənin yaratdığı iqtisadi yük – Hər il müharibə iştirakçılarına nə qədər təqaüd verilir?

Azərbaycanda ümumilikdə 390 375 nəfər Azərbaycan Prezidentinin təqaüdünü alır.

 

Sfera.az xəbər verir ki, təqaüd alanların 222 648 nəfəri müharibə və buna bənzər hadisələrdə iştirak etmiş şəxslər, yaxud onların ailə üzvləridir.

 

Təqaüdçülərin çoxunu müharibə veteranları təşkil edir. Onların sayı 183 601 nəfərdir və hər biri ayda 80 manat təqaüd alır. Müharibə veteranlarına təqaüd vermək üçün büdcədən hər ay 14,68 milyon manat, bir ildə isə 176,3 milyon manat pul ayrılır.

 

Müharibə ilə əlaqədar əlil olan 20 102 nəfər var və onlara hər ay orta hesabla 386,07 manat təqaüd verilir. Bu məqsədlə dövlət ildə 93,129 milyon manat xərcləyir.

 

Ölkəmizdə şəhid ailəsi statusuna görə 18 202 nəfər təqaüd alır. Bu şəxslərin aylıq təqaüdü orta hesabla 392,1 manatdır. İl ərzində büdcədən şəhid ailələrinə təqaüd üçün 85,64 milyon manat ayrılır.

 

Bunlardan başqa “Vətən Müharibəsi Qəhrəmanı” adına görə 178 nəfərə ildə 2,062 milyon manat, “Azərbaycanın Milli Qəhrəmanı” adına görə 174 nəfərə ildə 3,26 milyon manat, 20 Yanvar şəhidinin ailəsi üçün 91 nəfərə ildə 594 min manat, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarından 27 nəfərə 106,9 min manat, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərdən 238 nəfərə 1,079 milyon manat, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrindən 35 nəfərə 252 min manat təqaüd üçün pul xərclənir.

 

Ümumilikdə, müharibələrdə iştirak, əlillik və şəhid olmağa görə bu il dövlət büdcədən 362,4 milyon manat ayrılacaq.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Uşaqlar çimərlikdə qədim mesaj olan butulka tapdılar - FOTO

On yaşlı iki oğlan Polşanın Qdansk şəhərində dəniz sahilində 1959-cu ilə aid sevgi mesajı olan şüşə butulka tapıblar. Butulkada Rysya adlı qızın "Bunny&quo...

Təyyarə ilə səyahət edərkən niyə yatmaq məqsədəuyğun deyil?

Amerikanın Orlando şəhərindən 10 illik təcrübəyə malik stüardessa Ale Pedrosa bir çox sərnişinin təyyarə ilə səyahət edərkən bir sıra səhvlərə yol verdiyini bil...

"Qalatasaray"ın avtobusu hücuma məruz qaldı - FOTO

Trendyol Super Liqasında mövsümün başa çatmasına iki tur qalmış çempionluğunu rəsmiləşdirən “Qalatasaray” bu gün, 37-ci tur çərçivəsində “Gözt...

“Test imtahanının əleyhinə olmuşam” -Misir Mərdanov

"Dünyada belə bir praktika var. Ancaq bunu nazirin özünə də demişəm ki, sosial şəbəkələrdə müəllimlərin, şagirdlərin imtahanda cavab verdiyi suallara baxır...

Davamlı yağış kənd təsərrüfatına ciddi ziyan vurub: Bazarlarda qiymətlər artacaq?

Havaların dəyişkən keçməsi, davamlı yağış yağması məhsul əkilən bölgələrimizdə ciddi fəsadlara yol açıb. Quba və Qusar ərazisində yağan yağışlar əkin sahələrinə...

O, sadəcə bizim atamız deyildi…

O, bir məktəb idi – mərdliyin, vicdanın, sədaqətin məktəbi…   Atam Cavanşir Qurbanovun ömrü – bir ağsaqqalın hekayəsi idi. &nbs...