“Qarabağ”ın Norveçə səfər proqramı müəyyənləşdi

“Qarabağ”ın Norveçə səfər proqramı müəyyənləşdi

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində Norveçin “Molde” klubu ilə keçirəcəyi səfər oyununun proqramı müəyyənləşib.

 

Sfera.az-ın məlumatına görə, Ağdam təmsilçisi qarşılaşmadan bir gün öncə yola düşəcək.

 

Komandanı Norveçə aparacaq təyyarə noyabrın 29-da, səhər saatlarında havaya qalxacaq. Həmin gün axşam baş məşqçi Qurban Qurbanov futbolçuları son məşqə çıxaracaq. Görüşdən dərhal sonra isə komanda Bakıya qayıdacaq.

 

Qeyd edək ki, noyabrın 30-da keçiriləcək “Molde” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda hər iki komandanın hesabında 6 xal var. İkinci yer uğrunda mübarizədə həlledici qarşılaşmadan öncə “Qarabağ” 2-ci, “Molde” isə 3-cü pillədə qərarlaşıb.


OXŞAR XƏBƏRLƏR