İsrail və ABŞ beynəlxalq məhkəmədə mühakimə olunmalıdır – İbrahim Rəisi

10:43 / 22.11.2023
3014
İran prezidenti İbrahim Rəisi İsrailin Qəzza zolağında törətdiyi hərbi cinayətlərin Beynəlxalq Cinayət Məhkəməsində mühakimə edilməsinin vacibliyini ifadə edib.
Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber” məlumat yayıb.
Rəisi bildrib ki, İsraillə yanaşı, ABŞ da insanlığa qarşı və uşaq cinayətlərinə görə beynəlxalq məhkəmələrdə mühakimə edilməlidir.
İran prezidenti İbrahim Rəisi beynəlxalq ictimaiyyətin və Qərb dövlətlərinin İsrailin Qəzzada törətdiyi qırğınların qarşısını ala bilmədiklərini qeyd edib.
"Bütün dünya İsrail rejiminin Qəzzada törətdiyi hərbi cinayətlərə və qırğınlara şahiddir. Sionist rejimin Qəzzada davam edən təcavüzü və bunun qarşısının alınmaması Qərbin ədalətsizliyini ortaya qoyur”, diqqətə çatdırıb.
Ülkər Abdurahmanlı