NATO qüvvələri Zəngəzura yerləşdirilir? - AÇIQLAMA

NATO qüvvələri Zəngəzura yerləşdirilir? - AÇIQLAMA

“Avropa İttifaqının Ermənistandakı missiyası ilə bağlı yeni razılıq əldə olunub”.

 

Sfera.az bildirir ki, bunu politoloq Zaur Məmmədov deyib. O, qeyd edib ki, Paşinyan dünənə qədər Qarabağla bağlı Moskvaya qarşı demarş edə bilmirdisə, bu gün bunu sərbəst şəkildə reallaşdırır:

 

“Burada əsas istiqamətlərdən biri Qərb hərbçilərinin “missiya” adı altında Zəngəzura gətirilməsi idi.  Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası ötən ilin payızında İrəvan- Brüssel arasındakı Praqa razılaşmasına görə 3 aylıq Zəngəzurda yerləşdirilmişdi. Onların qalma müddətinin uzadılması haqqında isə əlavə heç bir sənəd imzalanmamışdı. Fevralın 20-dən noyabrın 20-dək hüquqi əsas olmadan bölgədə qalan Aİ missiyasına bugünlərdə leqallıq verildi. Ermənistanla Aİ arasında missiyanın statusu haqqında sazişdə təsbit olunan əsas məsələ odur ki, avropalı missionerlər diplomatik status alırlar. Söhbət səhiyyədən tutmuş texniki məsələlərə qədər müşahidəçilər üçün əlçatan şəraitin yaradılmasından gedir. Aİ-nin Ermənistandakı diplomatik missiyası faktiki olaraq daha 100 nəfər artacaq”.

 

Ekspert bildirib ki, gələcəkdə onların sayı 500-ə qədər artırıla bilər:

 

“Qərbin xüsusi missiyasının nümayəndələrinin  toxunulmazlığı olacaq, onların baqajında axtarış aparıla bilməz. Beləliklə, yük adı altında silahdan tutmuş, casus texnikasına qədər hər şey Ermənistan ərazisinə gətiriləcək. Mövcud proses Zəngəzur və Göyçə regionlarında sistemli silahlanma və faktiki olaraq, NATO hərbçilərinin yerləşdirilməsi deməkdir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

MM-dən Fransa Milli Assambleyasındakı qətnamə təşəbbüsünə CAVAB

Milli Məclis Korsika Xalqına Dəstək Qrupunun Fransa Milli Assambleyasında irəli sürülmüş yeni qətnamə layihəsinə dair bəyanat yayıb.   Sfera.az ...

Anomal istilərlə əlaqədar Azərbaycan Ordusunda bir sıra tədbirlər görülür

Son vaxtlar davam edən anomal istilər ilə əlaqədar Azərbaycan Ordusunun hərbi qulluqçuları arasında istivurma və günvurma hallarının qarşısının alınması məqsədi...

Lazer epilyasiyası etdirənlərin NƏZƏRİNƏ - Xərçəng yaradır?

Lazer epilyasiyası (lazerlə tüklərin təmizlənməsi) günümüzdə çox geniş yayılıb.   Lakin uzun illərdir lazer prosedurunun zərərləri barədə müxtəlif şa...

Pirallahıda əməliyyat: 42 kq narkotik vasitə aşkar olundu

Bakı şəhəri Pirallahı rayonunda əməliyyat keçirilib, 42 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.   Sfera.az xəbər verir...

Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi

İyulun 25-də Daxili İşlər Nazirliyində işğaldan azad olunan ərazilərdə xidmətin təşkili və ictimai təhlükəsizliyin təmin olunmasına dair onlayn formatda əməliyy...

Naxçıvanda tanınmış restoranın fəaliyyəti məhdudlaşdırıldı: RƏSMİ AÇIQLAMA

Naxçıvanda fəaliyyət gösətərən "Panorama" restoranında gigiyenik qaydalara əməl olunmadığı üzə çıxıb.   Sfera.az xəbər verir ki, bunun...