“Trendyol Express” Azərbaycana ilk çatdırılmanı həyata keçirib

“Trendyol Express” Azərbaycana ilk çatdırılmanı həyata keçirib

Türkiyənin “Trendyol” şirkəti satdığı malları Azərbaycana çatdırmaq üçün öz logistika şirkətinin xidmətlərindən də istifadə etməyə başlayıb. “Trendyol Express” adlanan karqo şirkəti ötən həftə Azərbaycana ilk çatdırılmanı həyata keçirib.

 

Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı “Trendyol Qrupu”nun prezidenti Çağlayan Çətin açıqlayıb.

 

O, söyləyib ki, 2024-cü ildə “Trendyol Express” vasitəsilə əsas idxalçı ölkələrə çatdırılma xidmətini genişləndirəcəklər.

 

“Trendyol” Türkiyənin elektron ticarət platformasıdır. Bu platforma Azərbaycanda da məşhurdur və ondan istidafə edənlərin sayı davamlı artır. “Trendyol” vasitəsilə Almaniya, Azərbaycan və Fars körfəsi ölkələrində yaşayan insanlar Türkiyədən böyük miqdarda mal idxal edir. “Trendyol” 2030-cü ilə qədər ixracını 10 milyard dollara çatdırmağı hədəfləyir.

 

Vasif


OXŞAR XƏBƏRLƏR