“Fast Food” qidalarının insan orqanizminə ziyanları - Mütəxəssisdən AÇIQLAMA

“Fast Food” qidalarının insan orqanizminə ziyanları - Mütəxəssisdən AÇIQLAMA

Müasir dövrün başlıca problemlərindən biri sağlam qidalanmamaqdır. İnsanların əksəriyyəti “Fast Food” kimi qidaları həyatlarının bir parçasına çeviriblər və həmin qidaların zərərlərindən xəbərsizdirlər.

 

Bəs bu qidaların sağlamlığa nə kimi ziyanları var?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova bildirib ki, “Fast Food” qidalarının orqanizmə zərərlərinin hər yaşda fərqli təsiri olur:

 

“Ən zərərli yaş aralığı 25 yaşa qədər olan dövrdür ki, bu yaşa qədər insan bədəni inkişaf prosesində olur və həyat funksiyalarını yerinə yetirməsi üçün 40-dan 70-ə qədər makro və mikro elementlər alır. Bu elementləri də biz sağlam qidalar nəticəsində alırıq”.

 

Mütəxəssis həmçinin qeyd edib ki, həmin qidaların  əsas zərərlərindən biri də mədə-bağırsaq və həzm sistemində pozulmalar yaratmasıdır. Çünki həmin qidaların mənşəyi, təmizliyi, hansı vəziyyətdə bişirilməsi haqqında dəqiq məlumat yoxdur.

 

“ “Fast Food”ların digər zərərli bir cəhəti də ondadır ki, insanlar həmin qidalardan istifadə edərkən sürətlə qidalanırlar. Lakin yeməyi ən azından 10-15 dəqiqə ərzində çeynəmək lazımdır ki, doyma siqnalı beyinə getsin və orqanizm həmin qidadan faydalansın. Son dövrlərdə insanlarda hormonal pozuntular, sonsuzluq, erkən yaşa çatmış oğlan uşaqlarında süd vəzlərinin böyüməsi, şəkər, ürək-damar xəstəlikləri və s. kimi problemlər meydana gəlmişdir. Bunun da əsas səbəbi kimi broyler toyuqlarına vurulan antibiotiklər və kimyəvi dərmanları göstərmək olar”.

 

M. Hüsenova son olaraq əlavə edib ki, insanlar Fast Food qidalarından imtina etsinlər, sağlam və lifli qidalara üstünlük versinlər.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

MM-dən Fransa Milli Assambleyasındakı qətnamə təşəbbüsünə CAVAB

Milli Məclis Korsika Xalqına Dəstək Qrupunun Fransa Milli Assambleyasında irəli sürülmüş yeni qətnamə layihəsinə dair bəyanat yayıb.   Sfera.az ...

Anomal istilərlə əlaqədar Azərbaycan Ordusunda bir sıra tədbirlər görülür

Son vaxtlar davam edən anomal istilər ilə əlaqədar Azərbaycan Ordusunun hərbi qulluqçuları arasında istivurma və günvurma hallarının qarşısının alınması məqsədi...

Lazer epilyasiyası etdirənlərin NƏZƏRİNƏ - Xərçəng yaradır?

Lazer epilyasiyası (lazerlə tüklərin təmizlənməsi) günümüzdə çox geniş yayılıb.   Lakin uzun illərdir lazer prosedurunun zərərləri barədə müxtəlif şa...

Pirallahıda əməliyyat: 42 kq narkotik vasitə aşkar olundu

Bakı şəhəri Pirallahı rayonunda əməliyyat keçirilib, 42 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.   Sfera.az xəbər verir...

Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi

İyulun 25-də Daxili İşlər Nazirliyində işğaldan azad olunan ərazilərdə xidmətin təşkili və ictimai təhlükəsizliyin təmin olunmasına dair onlayn formatda əməliyy...

Naxçıvanda tanınmış restoranın fəaliyyəti məhdudlaşdırıldı: RƏSMİ AÇIQLAMA

Naxçıvanda fəaliyyət gösətərən "Panorama" restoranında gigiyenik qaydalara əməl olunmadığı üzə çıxıb.   Sfera.az xəbər verir ki, bunun...