Azərbaycan Kuboku: bu gün “Səbail”in rəqibi müəyyənləşəcək

Azərbaycan Kuboku: bu gün “Səbail”in rəqibi müəyyənləşəcək

Azərbaycan Kubokunda mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq “Səbail”in rəqibi bu gün müəyyənləşəcək.

 

Sfera.az-ın məlumatına görə, buna “Şəfa” – “Şəmkir” oyunundan sonra aydınlıq gələcək.

 

Bu qarşılaşma ilə ölkə kubokunda I raunda yekun vurulacaq. Qalib komanda növbəti mərhələdə “Səbail”lə öz meydanında üz-üzə gələcək.

 

Azərbaycan Kuboku
I təsnifat mərhələsi
20 noyabr (bazar ertəsi)

 

14:30. “Şəfa” – “Şəmkir”


Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Vüsal Məmmədov, Səbuhi Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Binə qəsəbə stadionu

 

Qeyd edək ki, “Lerik”, “Şahdağ Qusar”, “Göygöl”, “Cəbrayıl”, “Kür-Araz” və “Baku Sportinq” II təsnifat mərhələsinə vəsiqə qazanıblar.


OXŞAR XƏBƏRLƏR