Trampın qələbəsini 4000 il öncə xəbər verən sirli kitab – DÜNYA ŞOKDA

Trampın qələbəsini 4000 il öncə xəbər verən sirli kitab – DÜNYA ŞOKDA
ABŞ-da respublikaçı Donald Trampın gözlənilməz qələbəsini yəhudilərin sirli təlimi Kabbala öncədən xəbər verib.

Bu barədə Respublikaçılar Partiyasının İsrail filialının rəhbəri Mark Sell deyib.

Onun sözlərinə görə, əvvəlcə iudaizm davamçıları heç nədən əmin deyildilər: "Hətta Haredim (iudaizm) icması, ümumiyyətlə, seçkiyə maraq göstərmirdilər. Lakin son iki həftədə hər şey dəyişdi. İudaizmin bütün ravvinləri qərar çıxartdılar ki, Tramp Qüdsü, İsraili və yəhudi xalqını qoruyanlarla birlikdə olacaq”.

M.Sell iddia edir ki, Trampın prezident seçiləcəyini sirli təlimin əsas kitablarından olan Zaor Kitabında (İbranicə "Ehtişam” deməkdir: Kabbala təliminin ən vacib kitablarındandır) əvvəlcədən deyilib.

"Seçkiyə bir həftə qalmış mənim yanıma böyük mekubal (Kabbala müəllimi) gəldi. Mən onun adını açıqlamayacam. O dedi ki, Zoar Kitabı gələn həftə Trampın qələbə qazanacağından xəbər verir. Ravvin sadəcə xahiş edirdi ki, mən onun mesajını ictimaiyyətə çatdırım”, - deyə Sell bildirib.

Qeyd edək ki, Kabbala yəhudi mistik təlimidir. Bunun Tövratın batin üzünü, yəni gizli tərəfini özündə əks etdirən təlim olduğu deyilir. Bu təlim kitablar toplusundan ibarətdir. Kabbalizmin tərəfdarlarının əslində, dünyanı idarə edilməsində böyük paya sahib olduğu deyilir. Bu təlim haqda ilk məlumatlar XII-XV əsrlərdə ortaya çıxıb. Lakin iddialara görə, Kabbala təlimi 4000 il əvvəldən mövcud olub və həmişə gizli olaraq saxlanılıb. Masonluq kimi gizli qrupların da məhz Kabbala təliminə əsaslandığı haqda məlumatlar var./publika/

OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...