Elgiz İlhamə Quliyevanın paxırını açdı: \"Dedi ki, “çıxart Gülbaharı verilişindən”\" - VİDEO 

Elgiz İlhamə Quliyevanın paxırını açdı: \

Aparıcı Elgiz Əkbər mərhum Xalq artisti İlhamə Quliyevanın Əməkdar artist Gülbahar Şükürlüyə qarşı etdiyi xoşagəlməz hərəkətindən söz açıb. 



Bizim.Media xəbər verir ki, bu haqda isə Elgiz aparıcısı olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində danışıb. 



Aparıcı bildirib ki, 16 il əvvəl İ.Quliyeva sağlığında qarmon ustadını efirə dəvət etməyi ondan xahiş edib. Bu istəyini reallaşdırdıqda müğənni ona zəng edərək, Gülbaharı verilişdən çıxartmasını tələb edib: 



"Sizə 16 ilin hadisəsini danışıram. Əvvəllər Gülbahar Şükürlü ilə heç bir əlaqəm yox idi. Heç onu görməmişdim. Bəlkə də Gülbahar xanım məni televiziyada görmüşdü elə mən də onu efirdə görmüşdüm. İlhamə Quliyeva mənə zəng edib söylədi ki, “Elgiz səndən xahiş edirəm gələn həftə efirinə Gülbahar Şükürlünü çağır. Gülbahar gözəl qarmon ustadı və sənətkardır”. Cavab verdim ki, sevə-sevə onu verilişimə dəvət edərəm.  



Növbəti verilişdə Gülbahar xanımı dəvət elədim. Birinci reklam bloku gedəndən sonra İlhamə Quliyeva zəng edib prodüserimizə. O da qaça-qaça gəlib mənə deyir ki, “bəs İlhamə xanım sizinlə təcili danışmaq istəyir”.



Mən elə düşünürdüm ki, İlhamə xanım mənə Gülbahar Şükürlünü verilişə dəvət etdiyim üçün təşəkkür etməyə zəng vurub. Yüksək səslə mənə söylədi ki, "Təcili olaraq Gülbahar Şükürlünü çıxart efirdən". Sual verdim ki, Niyə? İlhamə xanım cavabında "O, ona layiq deyil".

 

Söylədim ki, siz məni əlinizdə oyuncaq eləyirsiniz, gah deyirsiniz efirə çağır, gah da çıxart. Dedim ki, tutalım Gülbahar xanımı verilişdən çıxartdım, qarmonu mən çalacağam? Mən qarmon çalmağı bacarmıram. Bəs Gülbahar xanımın yerinə bu qarmonu kim çalacaq?" 

 


 

Rəşad 


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...