Müşfiq Cəfərov: ““Mosbet” və digər qanunsuz mərc oyunları vətəndaşların aldadılmasına və zərər görməsinə səbəb olur...”

Müşfiq Cəfərov: ““Mosbet” və digər qanunsuz mərc oyunları vətəndaşların aldadılmasına və zərər görməsinə səbəb olur...”

“Bu gün təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə qanunsuz mərc platformaları var ki, onlardan biri də “Mostbet”dir. Öz müşahidələrimə əsasən deyə bilərəm ki, belə qanunsuz şans oyunları barədə sosial şəbəkələrdə çoxlu narazılıqlar var. Ümumiyyətlə, qanunsuz fəaliyyət göstərən belə mərc saytları şikayət əsasında tezliklə bağlanılır”.
 

Bu sözləri açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov deyib.


Deputat bildirib ki, rəsmi olaraq qeydiyyatdan keçən təsdiqlənən mərc oyunları da var: “Qanuni şans oyunlarında istifadəçilərin hüquqları qorunur. Qanunsuz şans oyunları isə birbaşa vətəndaşların aldadılmasına və zərər görməsinə səbəb ola bilir. Qanunsuz şans oyunları barədə maarifləndirici tədbirlərin və ya sosial çarxların yayımlanmasının tərəfdarıyam. Çünki hələ də kifayət qədər məlumatı olmayan vətəndaşlar qanunsuz şans oyunlarından zərər görürlər. Vətəndaşları isə zərər çəkdikləri belə qanunsuz mərc platformaları barədə rəsmi şikayət etməyə çağırıram ki, başqa şəxslərin də ziyan çəkməsinin qarşısı alınsın”. (Pravda.az)


OXŞAR XƏBƏRLƏR