“Qarabağ” Xankəndidə oynayacaq: İlk qarşılaşma bu tarixdə olacaq
19:55 / 15.11.2023
13322
Xankəndi şəhər stadionunda keçiriləcək ilk matçın tarixi müəyyənləşib.
Sfera.az-ın məlumatına görə, dekabrın 21-də Azərbaycan kubokunun 1/8 final matçı bu arenada keçiriləcək.
"Qarabağ" II təsnifat mərhələsinin MOİK - Ağdaş/Cəbrayıl cütünün qalibini məhz Xankəndidə qəbul edəcək.
Hazırda bu arenada yenidənqurma işləri görülür. Stadionun tribunaları və otaqları təmir olunur. Gənclər və İdman Nazirliyi tərəfindən görülən işlərin dekabrın 15-ə kimi yekunlaşması planlaşdırılır. (Publika.az)