Saxlanılan şəxs tiktoker Əhmədi niyə güllələdiyini açıqladı - "Azyaşlılara qarşı..." + DETALLAR

Saxlanılan şəxs tiktoker Əhmədi niyə güllələdiyini açıqladı -

Yevlax şəhərindəki parkda 1991-ci il təvəllüdlü Əhməd Nəsibovun başından güllələnərək öldürülməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

 

Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ilkin araşdırmalar zamanı tiktokda videoları ilə tanınan Əhmədin sosial şəbəkədəki fəaliyyətinə görə öldürülməsi üzə çıxıb.

 

Belə ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini 1989-cu il təvəllüdlü Əliyev Saleh Azər oğlu Ə.Nəsibovun azyaşlılarla bağlı qeyri-etik hərəkətlər etdiyini iddia edib. O, ilkin ifadəsində 32 yaşlı şəxsi bu səbəbdən parkda “Makarov” markalı tapança ilə güllələdiyini bildirib.

 

Hadisənin görüntüləri ərazidəki şəxslərdən biri tərəfindən lentə alınıb.

 

Fakta görə Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Saleh Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

 

İbtidai istintaq davam etdirilir.

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda daha 29 dövlət əmlakı hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3 və 8 oktyabr tarixlərində keçirəcəyi hərraclara ümumilikdə 29 dövlət əmlakı çıxarılacaq. ...

Sabah bu ərazilərdə su KƏSİLƏCƏK - XƏBƏRDARLIQ!

Sabah Bakının Balaxanı, Sabunçu və Ramana qəsəbələrinin bir hissəsinə suyun verilməsində fasilə yaranacaq.   Bu barədə Sfera.az Azərbaycan Dövlə...

"Azərbaycanda kiberdiplomatlar hazırlanacaq" - Osman Gündüz

Azərbaycanda kiberdiplomatlar hazırlanacaq.   Sfera.az xəbər verir ki, bu barədə  Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məlumat ...

Ana olmağa hazırlaşan aktrisa podiuma çıxdı - VİDEO

Türkiyənin məşhur aktrisası Pınar Deniz Paris Moda Həftəsi çərçivəsində təşkil olunan “L’Oréal Paris”in dəfiləsində iştirak edib. &nbs...

Zakir Həsənov pakistanlı generalla GÖRÜŞDÜ

General-polkovnik Zakir Həsənov Bakı şəhərində keçirilən ADEX 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində ölkəmizdə səfərdə olan Pakistanın ...

İyirmi altı il əvvəlki cinayətin CƏZASI: Qaradərili İmam EDAM EDİLDİ

ABŞ-də 1998-ci ildə törədilən qətlə görə edama məhkum edilən və Bonne Terre həbsxanasında cəza çəkən 55 yaşlı İmam Vilyams dünən yerli vaxtla saat 18:10-da qətl...