Tramp Obamadan bunları alacaq

Tramp Obamadan bunları alacaq
 
ABŞ-dakı prezident seçkilərindən sonra qalib gələn Donald Tramp sələfi hazırki prezident Barak Obamadan təkcə xarici, sosial, iqtisadi siyasət yox başqa şeyləri də qəbul edəcək. Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tramp Obamadan həm də Ağ Evi, Ali Baş Komandaşlığı, prezident təyyarəsini və helikopterini, xidməti maşını və nüvə silahlarının şifrələrini də alacaq.

Ağ Ev

Paytaxt Vaşinqtonun mərkəzində yerləşən Ağ Evə ailəsiylə birgə köçəcək Tramp məşhur Oval Ofisin olduğu 6 mərtəbəli və 132 otaqlı binanın sahibi olacaq. Binaya bir çox yeniliklər edilib. Ağ Evdə Prezident və qonaqlarına xidmət göstərmək üçün hazır olan 5 aşbaz var. Sarayın geniş baxçası, üzgüçülük hovuzu, idman sahəsi, tennis kortu və mini kinoteatrı da var.

Prezident təyyarəsi

Prezidentin səlahiyyətində olan "Air Force One” dünyanın ən son texnologiyaları ilə təmin edilmiş Boning-747-200B modellidir. Təyyarədə standart xüsusiyyətlərdən başqa 85 telefon, havadan yerlə əlaqəni təmin edən peyk bağlantısı, etibarlı internet şəbəkəsi və onlarla monitor var. Üç mərtəbəli təyyarədə ABŞ Ali Baş Komandanı olacaq Trampın döyüş əmrinin verəcəyi toplantı guşəsi də yer alır.
"Air Force One” nüvə hücumlarına qarşı da müdafiə sisteminə malikdir. Təyyarə elektromaqnit dalğaların qarşsını ala bilir və düşmən radalarının sistemini qarışdırır. Birinci bortda istiliyə həssas raketləri yanıltmaq üçün istilik şarları var.

"Marine One” helikopteri

Bu nəqliyyat vasitəi daha qısa məsafələr üçün nəzərdə tutulub. Helikopter havaya qalxdıqda onu Sikorsky SH-3 Sea King və ya VH-60N White Hawk tipli digər helikopterlər müşayət edir.
ABŞ prezidenti "Marine One”-ın içindəykən eyni tipdə digər helicopter də onlarla birgə uçur. Təhlükəsizlik məqsədiylə bu cür helikopterlərin sayı bəzən beşə qədər artır. Beləliklə prezidentin hansının içində olması bilinmir.

"The Beast"

Prezidentin istifadə etdiyi xidməti maşın "The Beast” (Canavar) adlanır. "Cadillac” firması tərəfindən istehsal olunan avtomabil zirehinə görə dünyanın ən etibarlı vasitələrindən biridir. Prezidentin səfərləri zamanı xüsusi olaraq yük təyyarələrində daşınan bu maşının 20 sm-lik zirehi və 12 sm-lik güllə keçirməyən şüşələri var. Deyilənə görə avtomalinin qapısı Boing-757 təyyarəsinin qapısının ağırlığındadır. Maşının ümumilikdə ağırlığının 10 ton olduğu təxmin edilir. 100 km-ə təqribən 35 litr benzin sərf edir.
Prezident Ağ Evdən kənara çıxdıqdan kanvoyunda ən azı iki belə maşın olur. Bu da dövlət başçısının həyatına ediləcək hücumlarda riski azlatmaq üçündür.

Xüsusi telefon

ABŞ Prezidenti telefon əlaqəsi məqsədiylə bir çox dövlət və hökumət rəhbərləri kimi xüsusi güvənli kanallardan istifadə edir. Ancaq Prezidentə başqa bir telefon da verilir.
Hazırki Prezident Obama bir neçə həftə əvvəl televiziya proqramında ona verilən telefonun xüsusiyyətlərini anlatmışdı. Onun sözlərinə görə, ABŞ Prezidentinə normal İPhone smart telefonu verilir. Amma bunun bir çox özəllikləri olmur. Belə ki, bu telefonla danışmaq, qısa mesaj (SMS) göndərmək, kamerayla çəkmək, musiqi səsləndirmək mümkün deyil. Ancaq internetə girmək, hava proqnozunu izləmək və e-mail alıb göndərmək olar.

Nüvə şifrələri

Yanvardan prezidentlik səlahiyyətlərinə başlayacaq Donald Tamp Barak Obamadan bunlardan başqa ölkə üçün ən önəmli şeylərdən biri olan nüvə silahlarının şifrələrini də alacaq.
"Futbol topu” adlandılıran çanta həmişə ABŞ Prezidentinin yanında olan bir həbrçi tərəfindən daşınır. Bu qara dəri çantada ölkənin nüvə silahlarının şifrələri və açarları var. Dövlət baçmısı qərargahdan uzaqda olarsa çantadakı şifrələrlə dünyanın istənilən yerindən nüvə hücumuna əmr verə bilər.


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...