Türkiyədən ilk Tramp açıqlaması: Fətullah Güləni qaytarın

Türkiyədən ilk Tramp açıqlaması: Fətullah Güləni qaytarın
 
Türkiyənin baş naziri Binəli Yıldırım ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı təbrik edib və onu Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin ekstradisiya olunmasına kömək etməyə çağırıb.
 
Sfera.az bildirir ki, bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir. Onun sözlərinə görə, F.Gülən və onun hərəkatı Ankara-Vaşinqton münasibətlərinə mənfi təsir göstərir: "Mən əminəm ki, əgər ABŞ qısa müddətdə Güləni ekstradisiya etsə, münasibətlərdə yeni səhifə açılacaq".


OXŞAR XƏBƏRLƏR