Yüzlərlə vətəndaşın pulunu alan şəbəkənin əməlinə DİN-dən reaksiya

Yüzlərlə vətəndaşın pulunu alan şəbəkənin əməlinə DİN-dən reaksiya

“Azərbaycanda yüzlərlə insanın minlərlə manat xərclədiyi “Pazfarm” şəbəkəsi vəsaitləri mənimsəyərək, aradan çıxıb”.

 

Sfera.az xəbər verir ki, bunu İT mütəxəssisi Fərid Pərdəşünas sosial şəbəkə hesabında yazıb.

 

O qeyd edib ki, platformada 50 000 manata qədər pulu batan insanlar var:

 

“Pazfarm” insanlara virtual formada taxıl, kartof, qarğıdalı əkərək zəncir marketinqinə əsaslanmış pul qazandıran platforma idi.

Təsisçilər vəsaitləri kriptovalyutalar ilə aldıqları üçün hazırda batan pulların geri qayıtması mümkünsüz görünür. Zərərçəkənlərin sayı çoxdur. İnsanlar təlaş içində hüquq mühafizə orqanlarına müraciət edirlər”.

 

“Vətandaşlarımızı daha çox məlumatlandırmalıyıq ki, heç kim “yüksək faizli qazanc”dan fayda görməyib. İlkin olaraq şirnikləndirmək üçün hansısa dələduzluq metodlarından istifadə edilir”, - deyə paylaşıma Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev fikir bildirib./oxu.az


OXŞAR XƏBƏRLƏR

"Azərbaycanda kiberdiplomatlar hazırlanacaq" - Osman Gündüz

Azərbaycanda kiberdiplomatlar hazırlanacaq.   Sfera.az xəbər verir ki, bu barədə  Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məlumat ...

Ana olmağa hazırlaşan aktrisa podiuma çıxdı - VİDEO

Türkiyənin məşhur aktrisası Pınar Deniz Paris Moda Həftəsi çərçivəsində təşkil olunan “L’Oréal Paris”in dəfiləsində iştirak edib. &nbs...

Zakir Həsənov pakistanlı generalla GÖRÜŞDÜ

General-polkovnik Zakir Həsənov Bakı şəhərində keçirilən ADEX 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində ölkəmizdə səfərdə olan Pakistanın ...

İyirmi altı il əvvəlki cinayətin CƏZASI: Qaradərili İmam EDAM EDİLDİ

ABŞ-də 1998-ci ildə törədilən qətlə görə edama məhkum edilən və Bonne Terre həbsxanasında cəza çəkən 55 yaşlı İmam Vilyams dünən yerli vaxtla saat 18:10-da qətl...

Türkiyədə ağır yol QƏZASI: Ölənlər və yaralananlar var

Türkiyənin İzmir vilayətində üç nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası olub.   Sfera.az NTV-yə istinadən xəbər verir ki, hadisə Konya rayonund...

İsveçdə nikahlarla bağlı 5 il QANUNU: Azərbaycanda da tətbiq edilə bilərmi? - AÇIQLAMA

Bir neçə gün bundan əvvəl İsveçdə nikahların 5 ilə məhdudlaşdırıldığı iddiası sosial mediada gündəm oldu.  Qeyd edildi ki, bu ölkədə yeni qərarla...