Nəfəs və Pərvizin konsertində QALMAQAL - "Fanatlar şəkil çəkdirmək üçün pul verməlidirlər"

Nəfəs və Pərvizin konsertində QALMAQAL -

"Dünya standartlarına əsasən sənətçilərin çıxışı zamanı tamaşaçıların onlara yaxınlaşması qəti qadağandır. Bunu Azərbaycan tamaşaçısı artıq qəbul etməlidir".

 

Sfera.az bildirir ki, bu fikirləri "Yeni Sabah"a açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

 

Qeyd edək ki, müğənni Nəfəs və meyxanaçı Pərviz Bülbüləlinin konsertləri zamanı tamaşaçıların səhnəyə çıxması, mühafizəçilərin onların qarşısını almağa çalışması ilə bağlı görüntülər sosial şəbəkələrdə paylaşılır. Bu görüntülər birmənalı qarşılanmır, hətta mühafizəçilərin hərəkəti tənqid olunur.

 

Aydın Xan isə baş vermiş olaya münasibət bildirərkən deyib ki, istər konsertdə, istərsə də digər məkanlarda sənətçilərə zorla yaxınlaşıb, uyğun olmayan vəziyyətlərdə şəkil çəkdirmək etik hesab olunmur:

 

"Müğənnilərin sayı az, tamaşaçıların isə həddindən artıq çoxdur. Konsertlərdə 5 mindən 30 minə qədər izləyici olur. Bu şəxslərin hər biri müğənni ilə şəkil çəkdirmək istəyən zaman onu qucaqlayır, öpür, dartır. Həmin davranışlar bir sıra problemlərə səbəb olur. Bir insanın səhnəyə atılması, digərlərini də həvəsləndirə bilər. Bu zaman səhnədə böyük bir izdiham yaranar. Belə halların yaşanmaması üçün protokol qaydası nəzərdə tutulub. Bu qaydaya görə, sənətçi və tamaşaçı arasında sədd olmalıdır. Bu səddi keçənlər mütləq cəzalandırılmalıdırlar ki, digərləri də belə hərəkətləri təkrarlamasınlar. Futbol oyunu zamanı azarkeşlərdən biri meydançaya atılan zaman onu sərt şəkildə uzaqlaşdırırlar. Bu konsert zamanı da keçərlidir və həmin hala görə heç bir narazılığa əsas yoxdur.

 

Müğənnilər konsert üçün qrimlənir, müəyyən qədər makiyajdan istifadə edirlər. Təsəvvür edin ki, hər hansı bir tamaşaçı, tərli şəkildə həmin sənətçiyə yaxınlaşır və onu özünə dartır. Bu an onun həm makiyajı, həm də səhnə geyimi pozulur. Nəticədə konsert proqramı və səhnə məhv ola bilir. Tamaşaçının bu qədər əziyyəti heçə döndərməyə haqqı yoxdur".

 

Kulturoloq bildirib ki, cəmiyyət arasında sənətçilərə hörmət azalmağa doğru gedir:

 

"Hər hansı bir müğənni öz sənəti üçün bir sıra fədakarlıqlar edir, geyimə, konsertə, mahnılarına, bəstələrə müəyyən məbləğ xərcləyir. Ancaq tamaşaçıların əksəriyyəti savadsızdır, bunları dərk edə bilmir. Sadalanan səbəblərdən dolayı mən konsertlərdəki sərt davranışın tərəfdarıyam. Konsert zamanı bu barədə izləyicilərə öncədən xəbərdarlıq edilməlidir.

 

Əgər sənətçi ilə şəkil çəkdirmək istəyirsinizsə, onu öz məclisinizə, evinizə, yaxud hər hansısa restorana dəvət etməlisiniz. Dünya ölkələrində bu belədir. Belə olduğu halda isə, sənətçiyə külli miqdarda qonorar verməlisiniz. Çünki həmin müğənni bu sənətə gəlmək, tanınmaq, şöhrət qazanmaq, öz brendini yaratmaq üçün həyatını, yaxınlarını, bəlkə də bütün xoşbəxtliyini qurban verib. Niyə görə, onlar kiməsə havayı xidmət etməlidirlər? Bu səbəbdən sənət sahəsində çalışan insanları anlamaq lazımdır".

 

Ekspert həmçinin, müğənnilərin sərt qaydalarla mühafizə olunmasının səbəblərini də açıqlayıb:

 

"Müğənnilərin bu şəkildə ciddi qorunmasının digər bir səbəbi də onlara qəsd olunma ehtimalıdır. Biz dünya ölkələrinin çoxunda belə hallarla qarşılaşmışıq. Başqa ehtimal isə tamaşaçının yoluxucu xəstəliyi varsa, bunu sənətçiyə keçirməsidir. Pandemiya zamanı tanınmış müğənnilərimizin əksəriyyəti bu səbəbdən dünyasını dəyişib. Bir nəfərin ehtiyatsız davranışına görə, milyonların sevimlisi məhv olmalıdır? Xeyr!

 

Son vaxtlar müğənnilərə söyüş, təhqir yağdıranlar, hörmətsizlik göstərən adamlar çoxalıb. Hər hansı bir məsələdə öz etirazını bildirməyi bacarmayanlar sənətçiləri qınayır, onlara irad tutur. Ancaq bu barədə artıq ciddi tədbir görülməlidir"

 

 


OXŞAR XƏBƏRLƏR

İsmayıllıda FACİƏ: 25 gün əvvəl doğulan körpə ölü tapıldı

İsmayıllıda körpə müəmmalı şəkildə ölüb.   Sfera.az bildirir ki, hadisə Qaraqaya kəndində qeydə alınıb.   25 gün əvvəl Bakı şəhərindəki xə...

Üç prokurorluq əməkdaşı vəzifədən azad olunub

Bakı şəhər prokurorluq orqanlarının 3 əməkdaşı intizam tənbeh tədbiri qismində tutduqları vəzifədən azad olunub.   Sfera.az xəbər verir ki, bu haqda ...

"Yalı çapkını"ndan sonra bu serialda rol alacaq -FOTO

Türkiyəli aktrisa Beril Pozamın yeni işi bəlli olub.   Sfera.az xəbər verir ki, aktrisa "Kıskanmak" serialında rol alacaq. O, ekran iş...

1 yaşlı qızını amansızlıqla öldürən ataya AĞIR CƏZA VERİLDİ

Bakıda bir yaşlı qızını amansızlıqla öldürməkdə təqsirləndirilən Valeriy Tolmaçevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.   Sfera.az xəbər verir...

DTX-nin saxladığı Talışxanovun məhkəməsi başladı

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Mirədalət Talışxanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə mə...

Ərdoğan Suriya rəhbəri ilə telefon danışığı aparıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya lideri Əhməd Əl Şaraa ilə telefon danışığı aparıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barə...