TƏBİB-dən azyaşlının ölümü ilə bağlı AÇIQLAMA
![TƏBİB-dən azyaşlının ölümü ilə bağlı AÇIQLAMA](https://sfera.az/photo/orginal/2023/11/10/1699624613_11a36190-1842-3b5e-8e53-2b2b1ce850fa_850.jpg)
Cəmiyyət
18:25 / 10.11.2023
8222
TƏBİB Biləsuvar rayonunda azyaşlı ölümü ilə bağlı açıqlama verib.
Sfera.az xəbər verir ki, 10 noyabr 2023-cü il tarixində saat 13:30 radələrində Biləsuvar rayonunun Təzəkənd kənd sakini, 2015-ci il təvəllüdlü vətəndaşı üçün təcili yardım çağırışı olub.
"Vətəndaşın xəstəxanaya qədər ölüm halı qeydə alınıb", - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, bu gün 2015-ci il təvəllüdlü Məmmədli Tellixanım Anar qızı qəfil vəfat edib. Onun ölümünə ev şəraitində hazırlan kələm turşusunun səbəb olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.