Ögey bacısı Meqan Marklı böhtan atmaqda ittiham edib - 75.000 dollar təzminat istəyir

Ögey bacısı Meqan Marklı böhtan atmaqda ittiham edib - 75.000 dollar təzminat istəyir

Meqan Marklın ögey bacısı Samanta Markl hersoginyanı böhtan atmaqda günahlandırıb.

 

Sfera.az bildirir ki, ögey bacısı Meqan Marklı 2021-ci ildə verdiyi müsahibədə və 2022-ci il Netflix serialında böhtan atmaqda ittiham edib.

 

58 yaşlı Samanta iddia edir ki, Meqan müsahibələrində onun "saxtakar", "fürsətçi" və "şarlatan" olduğunu bildirib. İddia 2022-ci ilin martında qaldırılıb və bu ilin martında rədd edilib. Buna baxmayaraq, Samanta işi yenidən məhkəməyə verib.

 

Samanta Markl Sussex hersoginyasına qarşı böhtan iddiası ilə yenidən Florida məhkəməsi qarşısına çıxıb.

 

O, Meqanın sözlərinin “Şahzadə Puşinin bacısının gündəliyi” kitabının satışlarını zəiflətdiyini və ona maddi zərər vurduğunu iddia edərək, 75.000 dollardan çox təzminat tələb edir.

 

Samantanın vəkili Peter Ticktin dağınıq skleroz xəstəsi olan və əlil arabasından istifadə edən müvəkkilinin Meqanın müsahibəsindən bəri təzyiqlərə məruz qaldığını və evdən çıxmaqdan qorxduğunu bildirib.

 

Meqanın vəkili Michael Kamp isə Samantanın iddiasının əsassız olduğunu bildirib. Onun sözlərinə götə, Meqanın heç bir ifadəsi böhtan olmayıb.

 

İşə nəzarət edən hakim Çarlin Honeyvellin yaxın həftələrdə məhkəmənin davam edib-etməməsinə qərar verəcəyi gözlənilir.

 

Məhkəmədən sonra jurnalistlərə açıqlama verən Samanta Markl məhkəmə prosesinin perspektivləri ilə bağlı nikbin olduğunu bildirib.

 

O, Meqanın sözlərindən incidiyini bildirib. Sussex hersoginyası uşaqlıqda onunla yaxın olmadıqlarını desə də, Samanta bunu təkzib edərək, çox vaxt birlikdə olduqlarını qeyd edib.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Dövlət başçısı Kəngərli kəndində inzibati binada yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdamın Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada...

İsmayıllıda Heydər Əliyevə həsr edilən ümumrayon tədbiri keçirilib - FOTOLAR

İsmayıllıda Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən ümumrayon tədbiri keçirilib. Sfera.az xəbər verir ki, tədbir İsmayıllı rayon Heyd...

Medvedyev Zelenskini siçan adlandırdı

Rusiya terrorla məşğul olmur və Ukraynaya gələn AB liderlərinə zərbə endirməyəcək.   Sfera.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası s...

Dünyanın ən xoşbəxt ölkələri - İlk sıra dəyişməz qalıb

Dünyanın ən xoşbəxt ölkələrinin adları və reytinqi açıqlanıb.  Sfera.az bu barədə 2025-ci il Dünya Yaşam Məmnuniyyəti Hesabatına (World Happiness Repo...

Sərnişin avtobusu qəzaya uğradı: ölənlər var

Türkiyədə sərnişin avtobusu ilə yük maşını toqquşub.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza Çanaqqala-Ezine avtomobil yolun...

Onun atdığı addımlar Azərbaycanın taleyini dəyişdi – Millət vəkili

Bütün digər xalqlar kimi, Azərbaycan xalqı da özünün uzaq və yaxın tarixində taleyüklü problemlərlə, hətta bəzən bir xalq olaraq mövcudluğunun davam edib etmə...