Xoşqədəm kişilərin tərəfini tutdu: "Qadınsan qadınlığını elə də!"

Cəmiyyət
16:40 / 09.11.2023
6548
Ərinə xidmət etməyən qadına görə canlı yayımda ortalıq qarışıb.
Sfera.az yenisabah.az-a istinadla xəbər verir ki, hadisə "Səni Axtarırram" proqramında baş verib.
Belə ki, studiyaya gələn kişi arvadından gileylənib:
"Mən evlənməyimə peşmanam, nə qab yuyur, nə yemək bişirir, nə paltar yuyur. Mən paltarlarımı özüm yuyuram".
Verilişin aparıcısı Xoşqədəm Hidayətqızı eşitdiklərindən təəccübünü gizlədə bilməyib:
"Sən paltarlarını özün yuyursan? Mənim nadir hallarda kişilərə yazığım gəlir, amma bu kişiyə yazığım gəldi. Bu yazıq kişi paltarını da özü yuyur, ay qız niyə ağlayırsan?! Qadınsan qadınlığını elə də!"