DYP-dən sürücülərə XƏBƏRDARLIQ

DYP-dən sürücülərə XƏBƏRDARLIQ

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Yasamal rayonunun ərazisində yoldakı təmirlə əlaqədar hərəkətin istiqamətinin dəyişdirilməsi ilə bağlı sürücülərə müraciət edib.

 

Bu barədə Sfera.az-a idarənin rəsmisi Araz Əsgərli məlumat verib.
 

Bildirilib ki, “Qurd qapısı”ndan Badamdara gedən istiqamətdə yolun 50 metrlik hissəsində təmir işləri ilə əlaqədar olaraq hərəkətin istiqaməti dəyişdirilir. Bu, əsasən, həmin yoldan istifadə edən və Badamdarda yaşayan sakinlər üçün əhəmiyyətlidir.

 

Belə ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yanındakı dairədən geriyə hərəkət edib sağa Badamdara daxil ola biləcəklər.

 

“Təmir işlərinin beş gün davam etməsi nəzərdə tutulub. Xahiş edirik ki, sürücülər hərəkətin müvəqqəti dəyişdirilməsini nəzərə alsın”, - deyə A.Əsgərli vurğulayıb.


OXŞAR XƏBƏRLƏR

Bu küçədə zolaqlar standartlara uyğunlaşdırılaraq yeniləndi - FOTO

Zərifə Əliyeva küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinədək olan hissəsində 2 hərəkət zolağı saxlanılaraq, ikitərəfli...

Altı məktəb direktoru İŞDƏN ÇIXARILDI - RƏSMİ

Naxçıvan Muxtar Respublikasında (MR) altı məktəb direktoru vəzifədən azad olunub.   Sfera.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublika...

Peşə məktəblərinə qəbul olanların sayı ARTIB

Peşə təhsili almaq istəyənlərin sayı artıb. Sfera.az xəbər verir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən 2024/2025-ci tədris ili üzrə peşə təhsil...

Tramp-Zelenski görüşü baş tutmayacaq - “Associated Press”

ABŞ prezidentliyinə namizəd Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə görüşmək niyyətində deyil.   Sfera.az bildirir ki, bu barədə “As...

"Azərbaycanın hərbi sənaye imkanları hansı səviyyədədir? - Sorğu NƏTİCƏLƏRİ

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycanın hərbi sənaye imkanlarına ictimai münasibəti öyrənmək məqsədilə əhali arasında sorğular keçirib.    STM-d...

"Rusiya bizim üçün “müqəddəs məkan” deyil, istənilən vaxt..." - İranın Qərbə verdiyi MESAJ

Ötən gün İran Prezidenti Məsud Pezeşkian Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxış edərkən Rusiyanı təcavüzkar adlandırıb: &quo...