Poraşenko Saakaşvilinin istefasına münasibət bildirdi
Dünya
17:21 / 08.11.2016
1696
Odessanın qubernatoru Mixail Saakaşvili istefasından sonra müxalif siyasi fəaliyyətlə məşğul ola bilər.
"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Petro Poroşenko bəyanat verib.
O bildirib ki, belə bir şey Ukrayna kimi demokratik dövlətdə mümkündür:
"Biz demokratik ölkəyik və əgər Saakaşvili müxalifət sahəsində siyasi kampaniyaya başlamaq qərarı qəbul edibsə...Əgər o, siyasi fəaliyyətlə məşğul olmaq istəyirsə, ümid edirəm ki, sabah hökumət onun qubernator postundan istefasını dəstəkləyəcək”.