Rusiyada axtarılan 18 yaşlı oğlan Azərbaycanda tutuldu - FOTO

Rusiyada axtarılan 18 yaşlı oğlan Azərbaycanda tutuldu - FOTO

Rusiyanın Sankt-Peterburq şəhərində axtarışda olan 18 yaşlı T.Məmmədovun Azərbaycanda saxlanıldığı deyilir.

 

Sfera.az xəbər verir ki, bu barədə məlumatı “Sankt-Peterburqun və Leninqrad vilayətinin Azərbaycan Milli-Mədəni Muxtariyyəti”nin Mətbuat xidməti “İzvestiya”ya açıqlayıb.

 

Məlumata görə, T.Məmmədov həmin şəhərdə sakinlərə hücum edərək hadisənin görüntülərini lentə alan yeniyetmələrdən ibarət dəstənin başçısı kimi axtarılırmış.

 

Bildirilir ki, yeniyetmələr sakinlərə hücum etdikləri anın görüntülərini teleqram kanallarında yaydıqdan sonra məşhurlaşıblar. Məsələ ilə bağlı Rusiyada cinayət işi başladılıb. 

 

İlkin informasiyaya əsasən, dəstənin 10 üzvü artıq saxlanılıb. Rusiyanın İstintaq Komitəsi oktyabrın 28-i T.Məmmədovu beynəlxalq axtarışa verib. Hazırda onun saxlanıldığı və Rusiyaya ekstradisiya ediləcəyi gözlənilir.

 

Məsələ ilə bağlı aidiyyəti qurumlara da sorğu ünvanlamışıq.(Qafqazinfo)

 


OXŞAR XƏBƏRLƏR

Sabah Bakıda 25 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.     Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən...

Dövlət büdcəsinə 14 milyard manat pul toplanıb - Bu, proqnozdan çoxdur

2025-ci ilin yanvar-aprel ayları ərzində dövlət büdcəsinin gəlirləri 13,965 milyard manat olub. Bu, 4 aylıq proqnozdan 219,7 milyon manat və ya 1,6% çoxdur. ...

Bakıda havanın temperaturu 25 dərəcəyə yüksələcək

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətində...

Bakıda avtomobil qiymətinə telefon satışa çıxarıldı - FOTO

Bakıda "Vertu" markalı mobil telefon fantastik qiymətə satışa çıxarılıb.   Sfera.az xəbər verir ki, bu barədə məlumat yerli elan saytl...

Avropa Rusiyadan qaz idxalını tam dayandıracaq - Tarix açıqlandı

Avropa İttifaqı (Aİ) 2025-ci ilin iyun ayında Rusiyadan qaz idxalını tam qadağan edən qanun layihəsi təklif etməyi planlaşdırır. Qanun layihəsi ən geci 202...

Bakıda 17 təhsil müəssisəsi yaxşı məktəblərin sırasındadır

Bu il respublika üzrə yaxşı məktəblərin sırasına şəhərin 17 təhsil müəssisəsi daxil olub.   Bu barədə Sfera.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məl...