Masazırda pakistanlılar arasında dava - Ölən və yaralanan var

Masazırda pakistanlılar arasında dava - Ölən və yaralanan var

Oktyabrın 30-da saat 21:30 radələrində 1 nəfərin kəsici-deşici xəsarətlərdən ölməsi, 1 nəfərin isə kəsici-deşici xəsarətlər alması barədə Abşeron Rayon Prokurorluğuna məlumat daxil olub.

 

Sfera.az prokurorluğa istinadən xəbər verir ki, ilkin araşdırma zamanı hadisənin Pakistan vətəndaşı Asad Shabbir Ahmad tərəfindən törədilməsi müəyyən edilib. Belə ki, A.S.Ahmad Abşeron rayonunun Masazır kəndi ərazisində yerləşən mənzillərdən birində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla 1 nəfər həmvətənlisinə müxtəlif xəsarətlər yetirməsinə, digərini isə öldürməsinə əsaslı şübhələr müəyyənləşib.

 

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən Asad Shabbir Ahmad tutulub.

 

İbtidai istintaq davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Həcc ziyarəti üçün ayrılan kvota 99 faiz dolub

Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün ayrılan kvota 99 faiz dolub.   Sfera.az xəbər verir ki, bunu Teleqraf-ın sorğusuna c...

Mənzillərin yarısı ipoteka krediti ilə satılır - "Kreditlə ev almaq qazanclıdır"

Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin ümumi məbləği 3,5 milyard manatı keçib. Bununla yanaşı, 549,4 milyon manat məbləğində biznes kreditl...

Tramp Putini çıxdaş edir? - ABŞ-nin yeni MƏQSƏDİ

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalar layihəsini dəstəklədiyini və bu istiqamətdə konkret addımlar atmağa hazır olduğunu bildirib. Uk...

Müəllimlərin sertifikasiya imtahanının tarixi niyə açıqlanmır?

Azərbaycanda yay aylarında müəllimlərin növbəti sertifikasiya imtahanının keçirilməsi nəzərdə tutulub. Sertifikasiyaya biologiya, kimya, coğrafiya, informatika ...

İngiltərə və Rusiya qələbəni fərqli qeyd edəcək - Ukrayna artıq yerini müəyyənləşdirib

İkinci Dünya müharibəsində Avropada qələbənin 80-ci ildönümü münasibətilə İngiltərədə genişmiqyaslı hərbi parad və anım mərasimləri keçiriləcək.  Kral III...

Uşaqlara verilməsi qadağan olunan tərəvəzlər - XƏBƏRDARLIQ

Əksər tərəvəzlər böyüyən uşaq orqanizmi üçün son dərəcə faydalı olsa da, bəzi istisnalar da var. Pediatrlar və diyetoloqlar böyüklər üçün çox faydalı və məşhur ...