Ermənilər silahları Qarabağdan belə çıxarıblar - Hiyləgər PLAN

Ermənilər silahları Qarabağdan belə çıxarıblar - Hiyləgər PLAN

Qarabağda separatçı rejimin ləğv edilməsindən sonra əsas müzakirə mövzularından biri Ermənistanın silahlı qüvvələrinin bölgədə qalan hərbi texnikasının taleyinin necə olacağıdır.

Sfera.az xəbər verir ki, təslim olan separatçılar hərbi texnikanı Ermənistana apara bilməyib.
 

Özünü ləğv edən qondarma rejimin sonuncu “başçısı”Samvel Şahramanyan bildirib ki, ağır texnikanı Laçın postundan keçirə bilməyəcəkləri üçün Qarabağda qoymağa məcbur olublar.
 

Hazırda Azərbaycan ordusu və Rusiya sülhməramlıları bölgədə qalan silah-sursatın mühafizə edilməsi məqsədilə birlikdə postlar yaradır.
 

“Hraparak” nəşri isə yazır ki, hərbi maşınların bir hissəsini Ermənistana aparmaq mümkün olub. Bunu həyata keçirmək üçün separatçılar hiyləyə əl atıblar.


“Ordu” ləğv edildikdən sonra hərbi maşınların nömrələri çıxarılıb, yerinə mülki nömrələr qoyulub və erməni əhalisinin bir qismi həmin maşınlarda Ermənistana aparılıb”, - nəşr yazır.
 

Mülki nömrəli avtomobillərdə mülki əhali olduğu üçün Azərbaycan hərbçiləri onların keçidinə şərait yaradıb.
 

Nəşr qeyd edir ki, Qarabağdan çıxara bilmədikləri texnikanın bir qismi məhv edilib: “Bəzi texnikalar partladılaraq, sıradan çıxarılıb. Azərbaycanın nümayiş etdirdiyi silahlar döyüş vaxtı ələ keçirdikləridir. Qalan texnika isə sülhməramlılara təhvil verilib”.
 

Qeyd edək ki, erməni hərbçilərin yüngül silahları, xüsusilə avtomat və tapançaları Ermənistana apara bildiyinə dair məlumatlar var.(Publika.az)


OXŞAR XƏBƏRLƏR