Gürcüstan Tehrandakı “3+3” formatını niyə boykot edir? – Natiq Cəfərlinin ŞƏRHİ

Gürcüstan Tehrandakı “3+3” formatını niyə boykot edir? – Natiq Cəfərlinin ŞƏRHİ

Bu gün Tehranda “3+3” regional formatı (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) çərçivəsində görüş keçiriləcək. Lakin Gürcüstan Xarici İşlər Nazirliyi rəsmi Tbilisinin Tehranda “3+3” regional formatında keçiriləcək görüşdə iştirak etməyəcəyini bildirib.

 

Maraqlıdır, Gürcüstanın sözügedən format çərçivəsində keçirilən görüşdən imtinasının səbəbi nədir?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən REAL-ın icraçı katibi Natiq Cəfərli Gürcüstanın görüşdən imtina səbəbinin bu ölkənin iqtisadi cəhətdən uduzacağını düşünməsi ilə əlaqəli olduğunu deyib. O, Gürcüstanın bəzi məsələlərə qısqanclıqla yanaşdığını qeyd edib:

 

“Bir müddətdir, belə bir formatda görüşlərin keçirilməsi müzakirə olunurdu. Əsas müzakirə obyekti də logistik marşrutların açılmasıdır. Gürcüstanda hesab edirlər ki, İran və ya Ermənistan üzərindən yollar açılandan sonra Gürcüstanın iqtisadi logistik önəmi azalacaq. Gürcüstan bundan çəkinir. Çünki uzun illərdir elə Azərbaycan-Ermənistan münaqişəsinə, Ermənistanın təcavüzkar siyasətinə görə Gürcüstan Azərbaycandan Türkiyəyə, Türkiyədən Azərbaycana əsas logistik mərkəzə çevrilmişdi. Azərbaycandan Orta Asiyaya, hətta Uzaq Şərqə belə yüklər Gürcüstan üzərindən daşınırdı və Gürcüstan bu 30 ildə bəlli bir infrastruktur da qurmuşdu. Yol kənarlarında 10 minlərlə iş yeri yaranmışdı, yəni kiçik motellər, kafelər, texniki xidmət vasitələri, təmir yerləri və digər çoxsaylı iş yerləri var idi. Gürcüstan üzərindən keçən yollardan istifadəyə və onun dolayı dövriyyəsinə görə təqribən 1,5 milyard dollara yaxın vəsait əldə edirdi. İndi yeni yollar açılarkən Gürcüstan çəkinir ki, ərazisi üzərindən istifadə olunacaq yük dövriyyəsi xeyli azalacaq. Mənə elə gəlir ki, Gürcüstan bu səbəbdən sözügedən formata qısqanclıqla yanaşır”.

 

N.Cəfərli Azərbaycan və Türkiyənin Gürcüstanla ayrıca görüş keçirərək problemli məsələlərin həllinə nail ola biləcəyini vurğulayıb:

 

“Türkiyə və Azərbaycan bu mövzuda Gürcüstanla daha ciddi işləməlidir və bəzi yüklərin Gürcüstan üzərindən də keçəcəyini Gürcüstana demək lazımdır. Gürcüstanı bu 3+3 formatında iştirak etməyə dəvət etmək və israrlı olmaq lazımdır. Çünki Gürcüstanın iştirak etməməsi, açığı, beynəlxalq tərəfdaşlarda bəzi suallar yaradır. Ona görə də Türkiyə də, Azərbaycan da Gürcüstanla ikitərəfli görüşlərdə bu məsələləri diqqətə çatdırmalıdır ki, heç də Gürcüstanın üzərindən yüklərin keçirilməsinə tamamilə qadağa. Gürcüstan da bu prosesin iştirakçısına çevrilə bilər. Yəni Türkiyə, Azərbaycan və Gürcüstan arasında əlavə görüş keçirilə bilər”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Miqrantların yaşayış icazəsi alması üçün bağlanmış nikahları ləğv ediləcək

Rusiya Daxili İşlər Nazirliyi əcnəbilər tərəfindən yaşayış icazəsi almaq üçün bağlanmış nikahları ləğv ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...

İsveç Rusiyadan gələn mallara idxal rüsumlarını artırmaq niyyətindədir

İsveçin xarici ticarət və beynəlxalq inkişaf üzrə əməkdaşlıq naziri Benjamin Dusa Avstriya, Danimarka, Finlandiya, İrlandiya, Latviya, Litva, Estoniya və Polşad...

Xaçmazda qadın dəm qazından boğularaq ÖLDÜ

Xaçmaz şəhərinin Rəşid Behbudov küçəsində fərdi yaşayış evinin hamam otağında gənc qadın dəm qazından zəhərlənərək ölüb.   Sfera.az xəbər verir ki, B...

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür.   Sfera.az xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər i...

Müdafiə Nazirliyi yanğınla bağlı MƏLUMAT YAYDI

Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin yaxınlığındakı obyektlərdən birində yanğın baş verib.   Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən bildir...

Hər gün 5 dəqiqə idman etməyin FAYDALARI - ARAŞDIRMA

Gündə cəmi 5 dəqiqə idman etmək faydalı ola bilər.   Sfera.az bildirir ki, bununla bağlı London Universitet Kolleci (UCL) və Sidney Universitetinin ...