Ermənilərin milyonluq almaz oğurluğu

Ermənilərin milyonluq almaz oğurluğu
 
Dubayda Hindistan vətəndaşını öldürməkdə ittiham olunan Ermənistan vətəndaşlarının ömürlük azadlıqdan məhrum olunması tələb olunur.

35 yaşlı Ovenes Melkonyan 24 yaşlı Xosrov Melkonyan və 26 yaşlı Semen Ediqaryanla birlikdə cinayətkar dəstə yaradıb. 

Dekabrın 18-də Ovanes Melkonyan Dubaya gedib. O, Xosrov Melkonyan və Semen Ediqaryanın Dubaya getmək xərcini ödəyib.

Dubayda Ovanes və Xosrov Hindistanın "Color Source for Gold and Diamonds Company” şirkətinin nümayəndəsi Salonki adlı şəxslə görüşüb. 

Ermənilər hind şirkətindən böyük partiya almaz sifariş ediblər. Lakin cinayətkarlar almaz almaq niyyətində olmayıblar . Onlar əvvəlcədən təyin olunan məkanda Salonki ilə görüşüb, onun əl-qolunu bağlayıb və başına selofan paket keçirirək boğublar. 

Cinayətkar ermənilər ümumi dəyəri 1 milyon 700 min dollar dəyərində olan müxtəlif rəngli 6800 karat həcmində almazı ələ keçirib. 

Ermənilər almazları maye sabunun içərisində ölkəyə keçirmək istəyiblər. Lakin erməni oğrular İrəvanın "Zvartnoç” hava limanında gömrükçülər tərəfindən saxlanılı. 

İş üzrə növbəti məhkəmə proses işi noyabrın 10-da keçiriləcək (AzVision.az).



OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...