Bakıda xanım taksi sürücüsünü söyən şəxs HƏBS EDİLDİ

Bakıda xanım taksi sürücüsünü söyən şəxs HƏBS EDİLDİ

Bakıda xanım taksi sürücüsünün gediş haqqını ödəməyən şəxs onu təhqir edib və həbs olunub.

 

Sfera.az xəbər verir ki, hadisə 18 oktyabrda “Koroğlu” metrostansiyasının yaxınlığında baş verib.

 

Taksi sürücüsü olan Xatirə Zamanova (ad-soyad şərti) Nizami rayonu, Heydər Əliyev prospektində hərəkətdə olarkən polislərə yaxınlaşaraq bir nəfər kişi sərnişinin onun maşınına oturduğunu, lakin yol pulunu vermədiyini və onu təhqir etdiyini bildirib.

 

Polislər 1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş Kərim (ad şərti) adlı şəxsi xanım taksi sürücüsünün şikayəti əsasında saxlayıblar. Bu zaman həmin şəxs onların ünvanlarına nalayiq ifadələr işlətməyə başlayıb.

 


Bundan sonra Kərim məcburi qaydada ərazi üzrə 23-cü Polis Bölməsinə aparılıb və barəsində raport yazılaraq məhkəməyə göndərilib. Araşdırma zamanı müəyyən edilib ki, hadisə zamanı Kərim sərxoş olub.

 

Məhkəmənin qərarı ilə Kərim İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, barəsində 20 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib.(Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Ancelina Coli 16 yaşlı qızı ilə eyni döymə etdirdi

Amerikalı aktrisa və rejissor Ancelina Coli və 16 yaşlı qızı Vivyen eyni döymələr ediblər. Döymə Ancelinanın ilk Broadway tamaşası olan “Les Miserabl...

Əfsanəvi “ABBA” ulduzu 79 yaşında üçüncü dəfə evləndi - FOTO

Əfsanəvi “ABBA” qrupunun ulduzu Byorn Ulvaeus sevgilisi Kristina Saş ilə Kopenhagendə evlənib. Öz təbirincə desək, qadın onun "üçüncü böyük sev...

Rəfiqəsi evində uşaq dünyaya gətirdiyi üçün anadan dəymiş ziyanın ödənilməsini tələb edir

Bir qadın gözlənilməz doğuş hekayəsi haqqında paylaşım edərək, başına gələn bu gülməli hadisədən danışıb. Sfera.az bildirir ki, vaxtından əvvəl doğuş keçir...

Bu məktublar kənd əhalisini qorxuya salıb: Kimin yazdığı bilinmir

Şərqi Yorkşirdə (Böyük Britaniya) gözdən uzaq və sakit Şiptontorp kəndinin sakinləri artıq iki ildir ki, narahatlıq və gərginlik içərisindədirlər. Bu, kəndin po...

Beyninə qan sızan da var, ölən də: Şapalaq yarışları getdikcə populyarlaşır

Slap (şapalaq) yarışı Avropada getdikcə populyarlaşır. “YouTube”da milyonlarla insanın izlədiyi bu yarışlar zamanı bəzi insanların beyin qanaması ol...

Son 10 gündə ikinci: İki məktəbli helikopteri yandırdı

Rusiyanın Omsk şəhərindəki aviabazada iki məktəbli Mi-8 helikopterini yandırıb. Sfera.az bildirir ki, kimsə bunun üçün yeniyetmələrə 20 min dollar ödəyəcəy...