Turizm sektorunun “payız imtahanı” – Ekspert mövcud durumu dəyərləndirdi

Turizm sektorunun “payız imtahanı” – Ekspert mövcud durumu dəyərləndirdi

Payız fəsli turizm sektorunda tənəzzül ayları kimi qəbul edilir. Bu ərəfələr iş fəaliyyətinin aktiv dövrü olduğu üçün bölgələrə axın azalır.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının ekspertlər şurasının üzvü Rəhman Quliyev paytaxtdan uzaq bölgələrdə payız turizminin nisbətən zəif olduğunu deyib. Mütəxəssis bəzi bölgələrdə bu tendensiyanın dəyişkən olduğunu qeyd edib:

 

"Bu gün Azərbaycanda, xüsusilə də regionlarda fəaliyyət göstərən turizm obyektlərinin, otellərin, iaşə müəssisələrinin həftəiçi fəalıq əmsalı aşağı düşür. Amma həftə sonları, eyni zamanda əlamətdar günlərdə canlanma müşahidə edilir. Quba, Qusar, Şamaxı və İsmayıllıda həftə sonları otellərdə 2-3 günlük doluluq səviyyəsi daha yüksəkdir. Şəki, Qax, Balakən və Zaqatala isə paytaxtdan qismən uzaq olduğu üçün burada doluluq səviyyəsi orta balla qiymətləndirilir. Lakin xüsusilə dağlıq bölgələrimizin füsunkar gözəlliyə malik olması tətil günlərində böyük sifarişlərin qəbul edilməsinə imkan yaradır. Eyni zamanda, əlamətdar günlərdə böyük sifarişlər olur ki, bu zaman da məsafədə asılı olmayaraq, böyük otellərin əksəriyyətində yerlər dolu olur”.

 

Ekspert bögələrdə turizmin inkişaf etdirilməsinin valyuta daxilolmalarına xeyrindən də danışıb:

 

“Hazırda paytaxt sakinlərinin bölgələrə maraq göstərməsi sevindirici haldır. Ən ucqar bölgələrdə yol infrastrukturunun yüksək səviyyədə olması da imkan verir ki, turistlərimiz rahat şəkildə Azərbaycanın istənilən bölgəsinə səyahət etsin. Bu da öz növbəsində bölgələrdə sosial inkişafa böyük təkan verir və valyuta axının ölkədən kənara getməsinin qarşısını nisbətən almış olur. Qarşıdan yeni ilə, 14 fevrala hazırlıq gəlir. Bu zaman ölkədəki otellər müxtəlif şou- proqramlarla özlərinə maraq yaradacaqlar. Bu həm əcnəbi, həm də yerli turistlərin diqqətini cəlb etməyə imkan verəcək".  

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

"Silahlarımız tam döyüş hazırlığındadır" - Lavrov

"Rusiya heç bir nüvə müharibəsi istəmir və hesab edir ki, “qırmızı düymə”nin nə vaxt basılması ilə bağlı söhbətlər yersizdir".   ...

Ən ağır cəza Hikmət Həsənovun köməkçisinə TƏLƏB EDİLDİ

“Tərtər işi” üzrə mühakimə edilən sonuncu dəstənin də məhkəmə istintaqı tamamlanıb.   Sfera.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin ha...

ABŞ yeni yardım paketi ilə Ukraynaya F-16 raketlərini göndərə bilər

ABŞ Ukraynaya yeni hərbi yardım paketinə F-16 qırıcıları üçün orta mənzilli raketlərin daxil edilməsi imkanını dəyərləndirir.   Sfera.az xəbər verir ...

KİV: "ABŞ Alyaskaya əlavə qüvvələr cəmləyir"

Rusiya və Çinin regionda fəallığının artması fonunda ABŞ hakimiyyəti Alyaskaya əlavə qüvvələr göndərir.   Sfera.az xəbər verir ki, bu barədə Amerikan...

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat AŞKARLANDI

İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir Bu barədə Sfera.az-a Daxili İşlər...

Göygöldə ikimərtəbəli evdə yanğın oldu

Göygöldə ikimərtəbəli evdə yanğın olub.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.   Bildirilib ki, rayonunun ...